BDU-nun dosenti Türkiyədə beynəlxalq konfransda sədrlik edib

Tarix:11-04-2019, 22:09 Baxış Sayı:316

BDU-nun dosenti Türkiyədə beynəlxalq konfransda sədrlik edib
Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı Türkiyədə keçirilən ERASMUS Beynəlxalq Akademik Araşdırmalar Simpozyumunda iştirak edib.

Manera.az xəbər verir ki, 6-7 aprel tarixlərində İzmir şəhərində düzənlənən tədbirdə 30-a yaxın ölkənin 80-dən çox universitetindən 400 nəfərə yaxın araşdırmaçı qatılıb.

Beynəlxalq Simpozyumda ölkəmizi təmsil edən Ələmdar Cabbarlı “Ünlü Azərbaycan ozanı Dədə Şəmşirin yaradıcılığında türk dastançılıq ənənələri” mövzusunda məruzə ilə çıxış edib.

Eyni zamanda Ələmdar Cabbarlı Simpozyumun İdarə Heyəti tərəfindən Filologiya Bölməsinin sədri (Oturum başkanı) seçilib və həmin bölmənin iclaslarına sədrlik edib./musavat.com/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ