Azərbaycan- Türkiyə xalq rəqsləri nümayiş olacaq

Tarix:15-03-2019, 13:50 Baxış Sayı:90

Azərbaycan- Türkiyə xalq rəqsləri nümayiş olacaq
Bakı Yunus Emre İnstitutu, TİKA Bakı Proqram Koordinatorluğu, MÜSİAD Bakı Ofisi, Türkiyə Cümhuriyyəti Atatürk Universiteti və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşəbbüsü ilə 19 Mart 2019-cu il tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ulu Öndər Heydər Əliyevin "İki dövlət bir millət" ifadəsinə əasaslanaraq, iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi eyni səhnədə nümayiş etdirmək məqsədilə “Novruz Bayramında Azərbaycan- Türkiyə Xalq Rəqsləri Nümayişi” adlı proqram keçiriləcək.

YEE-dən MANERA.AZ-a verilən məlumata görə, 13 nəfərdən ibarət olan Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin Türk Xalq Oyunları Ansamblı və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqqas qrubunun Bakıda keçirtməyi planlaşdıran YEE Novruz Bayramı proqramında eyni səhnəni paylaşaraq iki ölkə arasındakı səmimi əlaqələrin daha da güclənməsinə töhfə vermək fikrindədir.

Tədbir 19 mart 2019-cu il tarixində, saat 19:30-da, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ