manera.az
manera.az

“Ozan” elm və sənət toplusunun yeni buraxılışı

“Ozan” elm və sənət toplusunun yeni buraxılışı
Azərbaycan Aşıqlar Birliyinin (AAB) nəşri olan “Ozan” elm və sənət toplusunun ikinci buraxılışı işıq üzü görüb.

AAB-dən Manera.az-a bildirilib ki, topluda Azərbaycan aşıqlarının ötən ilin sentyabrın 28-də Bakıda keçirilmiş VI Qurultayının hesabat-stenoqramı verilib.

Oxucular topluda mədəniyyət naziri Əbülfəs Qarayevin, millət vəkili, akademik Rafael Hüseynovun çıxışları, AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının hesabat məruzəsi ilə yanaşı, Xalq şairi Nəriman Həsənzadə, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Türkiyədən gəlmiş professor Əli Qafqasiyalı, eləcə də ustad aşıqlardan Əməkdar mədəniyyət işçiləri Mahmud Məmmədov və Ulduz Quliyeva, istedadlı gənc aşıq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanın qurultay iştirakçılarına təbrik çıxışları ilə tanış ola biləcəklər. Topluda, həmçinin Azərbaycan aşıqlarının VI Qurultayının Prezident İlham Əliyevə müraciəti və qurultayın qəbul etdiyi qətnamə də yer alıb.
“Ozan” elm və sənət toplusunun yeni buraxılışı
Topluda AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun anadan olmalarının 60 illik yubileyinə həsr olunmuş elmi-publisistik yazılar, filologiya üzrə elmlər doktoru Əfzələddin Əsgərovun “Aşıq yaradıcılığının tarixi haqqında bəzi qeydlər” adlı elmi məqaləsi də yer alıb.

Bundan başqa, toplunun xəbər bölümündə birliyin 2018-ci ildə həyata keçirdiyi tədbirlər haqda geniş məlumat öz əksini tapıb. “Yeni nəşrlər” rubrikası altında isə AAB-nin nəşri olan yeni kitablardan söhbət açılır.

Qeyd edək ki, redaksiya heyətində respublikamızın tanınmış elm və sənət adamları ilə yanaşı, xarici ölkələrin də nüfuzlu alimlərinin yer aldığı toplunun baş redaktoru AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930