“Xəzan” jurnalının fevral (2019) sayı

Tarix:18-02-2019, 19:47 Baxış Sayı:180

“Xəzan” jurnalının fevral (2019) sayı
“Xəzan” jurnalının fevral (2019) sayı çapdan çıxıb.

Qışın oğlan çağında bahar təravətli 164 səhifəlik jurnal poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.

Jurnal Lalə İsmayılın “Kəndimin” şeiri ilə açılır. Hazırda erməni işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlardan birində doğulub-böyüyən, hətta könüllülərə qoşulub kəndin müdafiəsində iştirak edən xanım şairə toponimləri şeirinə elə hopdurub ki, hər bir azərbaycanlının gözü önündə doğma diyarı canlandırılır.

Ölkədə rəsmən elan olunan “Nəsimi ili” jurnalda professor Qəzənfər Paşayevin “Nəsimini əslində niyə edam ediblər?” və Oqtay İsmayıllının “Ölümün Nəsimi zirvəsi” məqalələri ilə qeyd olunub.

Milli Məclisin deputatı yazıçı İmamverdi İsmayılovun “Şah və... Mat” adlı siyasi düşüncələrin təhlili olan yazısı yerləşdirilib.

Pedaqogika üzrə elmlər doktoru Həsən Bayramovun “Üç zirvənin fatehi – alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayev” məqaləsində ədibin yaradıcılığına nəzər salınır, fəaliyyətinin tam öyrənilməsi və qiymətləndirilməsi istiqamətində əsas amillər müəyyənləşdirilir.
“Xəzan” jurnalının fevral (2019) sayı
Poeziya həvəskarları Oqtay İsmayıllının, Məhəmməd Əlinin, Adil Həsənoğlunun, Süleyman Abdullanın, Sabir Zamanlının, Eynulla Sadiqin, Budaq Təhməzin, Hafiz Əlimərdanlının, Rəhman Bayramın, Rüstəm Muğanlının, Solmaz Şirvanlının, İltimas Səmiminin, Bəxtiyar Abbasovun, Sehran Allahverdinin, Əziz Musanın, Xəzər Mirajın, Tahirə Məğrurun, Rəşad Balakənlinin, Bəxtiyar Hüseynovun, Məmməd Əkbərin, Safiyet Calqanlının, Məhəmməd Mustafanın yaradıcılıqlarından nümunələrlə tanış ola bilərlər.

Nəsr əsərlərindən Gülnaz Abdullayevanın “Mələk” novellası və “Haram tikə” hekayəsi, Qalib Şəfahətin “Mühakimə” hekayəsi, Camal Zeynaloğlunun “Ağrı” hekayəsi, Ramiz İsmayılın “Gözü yolda qalan var” sənədli povestinin son hissəsi, Nəriman Mahmudun “Şahverdinin aqibəti” hekayəsi, Nizami Kolanılının “Sevgidə xəyanət olmaz” hekayəsi, Təranə Məmmədin “Bir qutu Malboro” və “Sarı güllər” hekayələri çap olunub.

Əli Bəy Azərinin “Məhəmməd Əli poeziyasında zirvənin fəthi”, Ağalar İdrisoğlunun “Nəsir hey...” elegiyası, Fariz Çobanoğlunun “Səhnəmizin unudulan və unudulmaz Ərəbzəngisi”, Ələsgər Talıboğlunun “Ağa Laçınlı və söz dünyası”, Nemət Bəxtiyarın “Xalq sənətkarları – şairlər və aşıqlar” (Şair Məmmədalı, Qara Kərim, Laçınlı Aşıq Alı, Aşıq Abbas haqqında) araşdırma, tədqiqat xarakterli yazılarda unudulmaz sənətkarların həyat və yaradıcılıqlarından bəhs olunub.

Xuraman Mircəfərovanın “Səksən yaşın ucalığı” məqaləsi yazıçı Rəfiqə Məmmədovanın 80, Mahir Cavadlının “Peşəkar zabit, cəfakeş alim” yazısı Cəlal Qasımovun 60 illik yubileyinə həsr olunub.

Aydın Adıgözəllinin “Nahid və Turan Ramazanzadə qardaşları – idmanın şərəf bayrağını ucaldanlar” və Rəna Mirzəliyevanın “Salam, Güllü müəllim” oçerkləri də jurnalda yer almışdır.

“Kitablar, rəylər” silsiləsindən Əli bəy Azərinin “İmamverdi İsmayılovun “Sonuncu fəsil” ibrətnaməsi”, Vaqif Osmanovun Hafiz Əlimərdanlının “” kitabı haqqında yazdığı “Poeziya ilə elmin ülfəti”, Əli Bəy Azərinin Leyla Abasovanın ““Boz oğuz” nəşriyyatının yaranması və fəaliyyəti” kitabı haqqında yazdığı “Yaxın nəşr tarixinin tədqiqi”, Camal Zeynaloğlunun Ələddin Əzimlinin “Susamış dəniz” kitabı haqqında yazdığı “Dəryada susmaq necə olur?” məqalələri yer alıb.

“Xəzan” jurnalının ötən nömrəsi haqqında ekspert qismində çıxış edən Hafiz Rüstəmin “Barlı-bəhərli “Xəzan”” yazısı tənqid-təhlil baxımından maraqlı təsir bağışlayır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ