“Azərbaycan dilinin Zəngilan şivələri sözlüyü” nəşr olunub

Tarix:16-02-2019, 19:52 Baxış Sayı:67

“Azərbaycan dilinin Zəngilan şivələri sözlüyü” nəşr olunub
Alı Rəhimoğlunun (Əliyev) “Azərbaycan dilinin Zəngilan şivələri sözlüyü” nəşr olunub.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan Manera.az-a bildirilib ki, sözlük müasir ədəbi dilimizdə işlənməyən, yaxud fonetik tərkibcə fərqlənən 2500-dən çox söz və ifadəni əhatə edir.

Zəngilan özünün təbii gözəllikləri və sərvətləri ilə yanaşı, zəngin dil bazası, şivə xüsusiyyətləri ilə fərqlənir. Müəllif rayonun 75 məntəqəsindən söz və ifadələr toplayıb, onları fonetik transkripsiya ilə qeydə alıb və lüğəvi mənasını verib. Həmçinin söz və ifadələrin lüğəvi mənasının düzgün anlaşılması üçün mətn cümlələr də təqdim edib.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan lüğətin redaktoru Dilçilik İnstitutunun Azərbaycan dilinin dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva, rəyçiləri professor Kamil Bəşirov, dosentlər - Kübra Quliyeva, Güntəkin Binnətova və Qüdsiyyə Qəmbərovadır.

Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına dəyərli töhfə olan lüğətdən filoloqlar, etnoqraflar, ali məktəblərin filologiya fakültəsinin bakalavr və magistrləri istifadə edə bilərlər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ