“Xocalı şahidləri danışır” – rus və ingilis dilində

Tarix:16-02-2019, 17:09 Baxış Sayı:60

“Xocalı şahidləri danışır” – rus və ingilis dilində
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Xocalı soyqırımının 27-ci ildönümünə ingilis dilində “Through Their Eyes: Witnesses to Khojaly Massacre” (“Xocalı şahidləri danışır”) və rus dilində (“Ходжалы глазами очевидцев”) kitablarını nəşr edib.


Xocalıda törədilən vəhşilikləri, erməni vandalizmini hadisə şahidlərinin söylədiyi sənədli faktlar və sübutlarla açıqlayan kitabın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə müvafiq beynəlxalq təşkilatlara göndərilməsi, kitab sərgilərində və digər əlaqədar tədbirlərdə sərgilənməsi nəzərdə tutulur.

Kitabların ideya müəllifi – Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, tərtibçisi İxtiyar Hüseynlidir. İngilis və rus dilinə tərcüməçiləri – Cavidan Ağayev və Nadiyə Qafarovadır.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ