“Son gecə” filmi Nəsimiyə həsr olunacaq

Tarix:12-02-2019, 15:12 Baxış Sayı:56

“Son gecə” filmi Nəsimiyə həsr olunacaq
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi böyük Azərbaycan şairi Nəsimi və görkəmli ədib Cəlil Məmmədquluzadəyə həsr olunmuş sənədli filmlər çəkəcək.

Manera.az xəbər verir ki, may ayından etibarən Nəsimidən bəhs edəcək “Son gecə” televiziya filminin çəkilişlərinə start veriləcək. Filmin mövzusu Xalq şairi Rəsul Rzanın Nəsimiyə həsr olunmuş poemasının motivlərindən götürülüb.

Bundan başqa, “Mirzə Cəlil” filmi Cəlil Məmmədquluzadəyə həsr olunacaq. “Azərbaycantelefilm” görkəmli Azərbaycan şairi Məhəmməd Füzulini də yaddan çıxarmayıb. Belə ki, “Füzuli” filmi də bu münasibətlə ekranlaşdırılacaq.

Eyni zamanda, bu ildən AzTV-də “Fatehlərin divanı” bədii filminin davamının çəkilməsi də nəzərdə tutulur. Bu əsər Cultan Səlim Yavuz, Şah İsmayıl, Sara xatun, Uzun Həsən və başqa tarixi şəxsiyyətlərdən bəhs edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ