"Davam edən" yubiley

Tarix:10-02-2019, 11:00 Baxış Sayı:97

"Davam edən" yubiley
Ötən il görkəmli alim, müasir poeziyada öz dəst-xətti, deyim və duyumu ilə fərqlənən Qiymət Məhərrəmlinin “Atatürk Mərkəzi”ndə başlanan 55 illik təntənələri bu il də davam etməkdədir.

Belə ki, bu yaxınlarda AMEA Folklor İnstitutu Qadınlar Şurası şair-alim Qiymət Məhərrəmli ilə görüş keçirib. Məhrəmlik və səmimiyyət şəraitində keçən bu tədbiri Şuranın sədri fil.ü.f.d. Məleykə Məmmədova açaraq iştirakçıları salamlayıb və Q.Məhərrəmlinin həyat və yaradıcılıq yoluna qısa nəzər saldı. Sonra söz qonaqlara verilib.

Qonşu Gürcüstandan - Borçalıdan gələrək görüşdə iştirak edən Gürcüstan Aşıqlar Birliyinin sədri, şair-publisist Osman Əhmədoğlu çıxış edərək, Folklor İnstitutunu “Yurd İnstitutu”, “Dəyər İnstitutu” adlandırıb. O, Qiymət xanımın el-obaya xidmət üçün yaradılanlardan olduğunu qeyd edib.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun laboratoriya müdiri, xəttat, ağac üzərində oyma sənətkarı Seyfəddin Mənsimoğlu isə bildirib ki, Qiymət Məhərrəmli bir ailənin üzvlüyündən çıxıb, o, bütün Azərbaycanın övladıdır.
"Davam edən" yubiley
Qonaqlar arasında milliyyətcə gürcü olan şair-publisist, tərcüməçi, Azərbaycan, Rusiya, Gürcüstan Yazıçılar Birliklərinin üzvü Givi çıxış edərək, Q.Məhərrəmlini təkcə Azərbaycan, Rusiya, İrana deyil, bütün dünyaya təqdim oluna biləcək söz ustadı hesab edib və onu XX-XXI əsrlər qadın poeziyasının ən layiqli, parlaq nümayəndəsi adlandırıb. G.Paçxataşvilinin həyat yoldaşı Xatirə Mikayılqızı da Q.Məhərrəmli ilə tanışlıq tarixçəsindən bəhs edərək, Givinin Qiymət xanıma ünvanladığı “Zarafat” şeirini xüsusi şövqlə səsləndirib.

Sonra söz Şura üzvlərindən fil.ü.f.d.,dos. Sönməz Abbaslıya verilib. O, öncə Q.Məhərrəmlinin elmi fəaliyyətinə toxunub və onun “Şahin Fazil “Divan”ı və klassik ədəbi ənənələr” monoqrafiyası ilə bağlı fikirlərini çatdırıb. Daha sonra isə bədii yaradıcılığını - qoşma, gəraylı şəklində olan şeirlərini, bayatı-ağılarını diqqətə çatdırıb. Fil.ü.f.d., dos. İlhamə Qəsəbova isə Q.Məhərrəmlinin şeirlərini dönə-dönə oxuduğunu və hər kəsin orada özünü tapa bildiyini vurğulayıb.

Şeirlərində səmimiyyət olduğunu, ahəstə səsinin, danışığının şeirlərində duyulduğunu qeyd edib. Şura üzvlərindən Afaq Mustafayeva isə çıxışı zamanı Qiymət xanımı əsl örnək götürüləcək nümunəvi ailə başçısı kimi dəyərləndirərək, müasir cəmiyyətin bu əqidədə olan xanımlara böyük ehtiyac duyduğunu diqqətə çatdırıb. Fil.ü.f.d.Gülnar Osmanova isə şairin yaradıcılığından bəhs edərkən nəsihətamiz şeirlərinin üstünlük təşkil etdiyini vurğulayıb. Qonaqlardan şair-publisist Səbinə Yusif Qiymət Məhərrəmlini Azərbaycanı heç vaxt bölməyən “Böyük Turan sevdalısı, bəşəri şair” adlandırıb. Görüşdə iştirak edən Qiymət Məhərrəmli yaradıcılığının vurğunları - Sevinc xanım, tələbə-rəssam Şəfa Məhərrəmli də şair haqqında xoş sözlərini bölüşüblər.

Folklor İnstitutunun əməkdaşlarından Sevinc Hüseynova Q.Məhərrəmli şeirlərində Ramiz Rövşən nəfəsinin duyulduğunu, xəlqiliyin, milliliyin bu şeirlərə hopduğunu, idrakın yansıdığını vurğulayıb. Vüsalə Kərimova isə çıxışında Q.Məhərrəmli poeziyasının təsir gücündən, axıcılığından, səmimiliyindən bəhs edib.
"Davam edən" yubiley
Sonda söz alan səbəkar - şair-alim Qiymət Məhərrəmli səmimi görüş, yaradıcılığına böyük diqqət ayırdığı üçün Şura üzvlərinə, gəlmiş qonaqlara dərin təşəkkürünü bildirib və sevilib-seçilən şeirləri ilə görüş iştirakçılarının ruhunu oxşayaraq hamını feyziyab edib.

Görüş çay süfrəsi arxasında davam etdirilib və yubilyar şairə Folklor İnstitutu adından gül çələngi təqdim olunub.

Giya Paçxataşvili

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ