Süleyman Ələsgərovun 95 illiyi keçiriləcək

Tarix:20-01-2019, 13:35 Baxış Sayı:39

Süleyman Ələsgərovun 95 illiyi keçiriləcək
Fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, professor, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı ədəbi-bədii gecə keçiriləcək.

Manera.az xəbər verir ki, “Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçirilən konsertdə unudulmaz sənətkarın bəstələdiyi əsərlər səsləndiriləcək.

Konsertdə Süleyman Ələsgərovun musiqisevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Düşüncə”, “Bilsəm sən gəlirsən”, “Neylərəm”, “Gözləyirəm”, “İlk xatirə” və digər mahnıları, romansları incəsənət ustalarının ifasında təqdim olunacaq.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ