Kiyevdə Nəsiminin heykəli ucaldılacaq

Tarix:20-01-2019, 12:59 Baxış Sayı:48

Kiyevdə Nəsiminin heykəli ucaldılacaq
Ölkəmizin Ukraynadakı səfirliyinin sifarişi ilə Kiyev şəhərinin mərkəzi parklarının birində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılması üçün hazırlıq işlərinə başlanılıb.

Manera.az xəbər verir ki, heykəlin hazırlanması üçün bir neçə variantda eskiz layihəsi hazırlanaraq səfirliyə təqdim olunacaq.

Təsdiq olunmuş variantdan sonra heykəl hazırlanacaq və tuncdan hazırlanacaq heykəl layihəsinin hündürlüyünün 4-5 metr olacağı nəzərdə tutulur.

Xatırladaq ki, Nəsiminin heykəlinin ucaldılması ilə bağlı Kiyev şəhər Dövlət Administrasiyası ilə ilkin razılıq əldə edilib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ