Erik Bentlinin “Dramın həyatı” Azərbaycan dilində

Tarix:17-01-2019, 21:37 Baxış Sayı:56

Erik Bentlinin “Dramın həyatı” Azərbaycan dilində
Bu günlərdə tanınmış ədəbiyyatşünas, tənqdiçi və dramatik sənət tədqiqatçısı Erik Bentlinin “Dramın həyatı” adlı kitabı Azərbaycan dilinə tərcümə olunub.

Kitabın tərcüməçisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova, elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Mustafayeva, rəyçiləri AMEA Memarlıq və İncəsənət İnstitutu, Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Səlimovadır.

272 səhifədən ibarət kitab ADMİU-nun mətbəəsində nəşr olunub.

Qeyd edək ki, “Dramın həyatı” kitabı ilk dəfə 1964-cü ildə ingilis dilində işıq üzü görüb. Tezliklə kitab dünyanın müxtəlif dillərinə tərcümə edilib, o cümlədən V.Voronin tərəfindən ruscaya çevrilərək 1978-ci ildə “İskusstvo”, 2004-cü ildə isə “Ayris-Press” nəşriyyatında çap olunub. “Dramın həyatı” monoqrafiyası bu gün də dram nəzəriyyəsinin tədqiqi sahəsində yazılan ən yaxşı kitablardan hesab edilir.

İki hissədən ibarət olan kitabın birinci hissəsində dramaturji əsərin süjet, xarakter, diaoq kimi əsas komponentlərindən bəhs olunur. Kitabın “Pyesin növləri” adlanan ikinci hissəsində isə Erik Bentli diqqətini dramaturji janrlara yönəldir. Melodram, fars, faciə, komediya və tragikomediya kimi janrların təhlili zamanı müəllif ədəbi nəzəriyyə ilə yanaşı, dövrün fəlsəfi, siyasi, psixoloji fikir sahəsinə aid olan təlimlərə də müraciət edir.

“Dram nəzəriyyəsi” fənninin tədrisi zamanı dərs vəsaiti kimi tövsiyə edilən “Dramın həyatı” kitabı istər ali məktəb tələbələri, istərsə də dramaturgiya və teatr sənəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ