IV Gənc Ədiblər Məktəbi fəaliyyətə başladı

Tarix:11-01-2019, 10:45 Baxış Sayı:37

IV Gənc Ədiblər Məktəbi fəaliyyətə başladı
Yanvarın 9-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda dördüncü Gənc Ədiblər Məktəbinin ilk toplantısı keçirilib.

Toplantıda AYB-nin rəhbərliyi, keçmiş Gənc Ədiblər Məktəbinin müdavimləri, ədəbiyyat maraqlısı gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcid 2008-ci ildən fəaliyyət göstərən Gənc Ədiblər Məktəbi layihəsi haqqında ümumi məlumat verib. Deyib ki, hər ay AYB-nin "Natəvan" klubunda tanınmış yazıçı və şairlərlə, tənqidçilərlə gənclərin görüşləri keçiriləcək, gənclərin yaradıcılıq nümunələri dinləniləcək. Dördüncü məktəbin də gənclərin istəyi və arzusuna görə toplandığını deyən katib hər kəsə uğurlar arzulayıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək GƏM-in önəmindən danışıb, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
IV Gənc Ədiblər Məktəbi fəaliyyətə başladı
I GƏM-in məzunlarından Pərvin çıxış edərək məktəbin və AYB-nin onun həyatında, yaradıcılığındakı önəmli rolundan danışıb, yeni gənc ədiblərə qarşılarındakı iki ildən maksimum yararlanmağı tövsiyə edib.

I GƏM-in daha bir məzunu Kəramət Böyükçöl ədəbiyyatla məşğul olmaq üçün istedadın önəmini vurğulayıb.

II GƏM-in məzunu Şahanə Müşfiq çıxışında həm özünün iştirakçısı olduğu məktəbdən, həm də III GƏM-in fəaliyyətindən danışıb.

III GƏM-in məzunlarından Rəvan Cavid də Gənc Ədiblər Məktəbinin həyatındakı və yaradıcılığındakı önəmindən söz açıb, yeni müdavimlərə uğurlar arzulayıb.

"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, şair Dayandur Sevgin və başqaları gənclərə öz tövsiyələrini verib, növbəti dəfə fəaliyyətə başlayan GƏM-ə uğurlar diləyiblər.

Daha sonra IV GƏM-in üzvləri özlərini təqdim edib, yaradıcılıq nümunələrindən oxuyublar. Görüş oxunan şeirlərin müzakirəsi ilə davam edib../525.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ