“XVII əsr Azərbaycan əlyazma kitabı” monoqrafiyası çapdan çıxıb

Tarix:7-01-2019, 20:51 Baxış Sayı:44

“XVII əsr Azərbaycan əlyazma kitabı” monoqrafiyası çapdan çıxıb
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyevin (Əli Məmmədbağıroğlu) “XVII əsr Azərbaycan əlyazma kitabı” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

İnstitutdan Manera.az-a bildirilib ki, əsər XVII əsrdə köçürülmüş Azərbaycan əlyazma kitablarının paleoqrafik və mətnşünaslıq məsələlərinin araşdırılmasına həsr edilib. Monoqrafiyada minillik kitab tariximizin ayrı-ayrı tarixi mərhələləri müqayisəli şəkildə oxuculara təqdim olunur.

Kitabşünaslıq, mətnşünaslıq mütəxəssisləri və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimov, rəyçiləri isə filologiya üzrə elmlər doktorları Azadə Musayeva və Kamil Allahyarovdur.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ