“Zombi” termini necə yaranıb? - ARAŞDIRMA - MANERA.AZ

Tarix:31-08-2015, 13:54 Baxış Sayı:1613

 “Zombi” termini necə yaranıb?  - ARAŞDIRMA -  MANERA.AZ
Hazırda elə adam tapılmaz ki, zombilər haqqında az-çox məlumatı olmasın. Zombi dedikdə ilk növbədə dirilmiş ölülər nəzərdə tutulur.

Zombi deyimi başqa bir anlamda da,- “şüuru və bədəni kiməsə tabe olan” anlamında da başa düşülür. Buradan da elə “zombi” sözü yaranmışdır və “təsir altda olan”, “təsir altında idarə olunan” mənasını daşıyır.

Zombinin mənşəyi afroamerikan mədəniyyətinə gedib çıxır. Daha dorğusu, vudu ilə daha çox əlaqəlidir. Əksəriyyət insanların şüurunu özünə tabe edə bilən möhtəşəm və fenomenal adamlara sitayiş edərdilər. Yaponiya mədəniyyətində zombilər- aclıqdan ölən insanların dirilməsidir və onlar sağ adamları yeyərlər. Bu cür zombilər yapon mədəniyyətində “Buso ruhu” adlandırılmışdır.

Bəs “zombi” termini necə yaranmışdır? Bu terminin haradan və necə yaranması indiyədək tam aydınlaşdırılmamışdır. Bir o məlumdur ki, bu termin ilk dəfə Haitidə, Daqomayadan gətirilmiş qərbi afrikalı qulların dilindən eşidilmişdir. “Zombi” sözünün “nzambi” afrika sözündən əmələ gəlməsi güman edilir, mənası da “ölmüşlərin ruhu” və ya “xırda ilahə” mənasındadır. Başqa bir teoriyaya görə “jambi” sözündən əmələ gəlmişdir və mənası da “həyalət” deməkdir. Üçüncü bir teoriyaya görə isə Afrikada qara ilan formasında bütün canlılara nifrət edən pis məxluqları belə adlandırmışlar.

Bəs zombi ilə vudunun nə əlaqəsi var? Afrika tayfaları zombi ilə vudunun sıx əlaqəli olduğunu söyləyirlər. Onlar bu inancı özlərilə Qarib dənizinin adalarına gətirmişlər...

İlk dəfə zombi haqda “New-York Times” jurnalının jurnalistlərindən birinin 1929-cu ildə nəşr etdirdiyi “Magiya adası” kitabında məlumatlar verilmişdir. Jurnalist Haiti adasında bir haitili cadugər qadının evində qaldığı vaxtlarda öz həyatı haqda yazmışdır. Bu qadının qonağına rəğbəti olduğundan onun vudu mərasimlərində iştirak etməsinə icazə vermişdir. Amerikan jurnalisti yazdığı kitabında vudu mərasiminin bir inanc olduğunu və onun katolik təriqətinin afroamerika mədəniyyətilə qarışığından yarandığını, bunun isə bir magiya və cadugərlik olduğunu oxucuların nəzərinə çatdırmağa çalışmışdır. Bundan başqa jurnalist öz kitabında insanların vudu vasitəsilə zombiləşdirilərək şəkər çuğunduru plantasiyalarında fəsiləsiz olaraq işlədilməsi haqqında ətraflı məlumatlar vermişdir.

Amerika əhalisi arasında “Magiyalar adası” kitabı çox populyarlıq qazanmış və oxucularda kitabdakı yazılara böyük maraq yaranmışdır. Bundan 3 il sonra, 1932-ci ildə zombi mövzusu prodüser kompaniyalarında da böyük marağa səbəb olmuş və zombilər (dirilmiş ölülər) haqqında ilk film olan “Ağ Zombilər” adlı bədii film lentə alınmışdır.

Sual oluna bilər ki, bəs zombilərlə müasir mədəniyyətin bir əlaqəsi var? Müasir dünyada zombi dedikdə, müxtəlif metodlar vasitəsilə insanların həm cismani, həm də əqli cəhətdən istirmar olunması nəzərdə tutulur. Müasir dünyada bu metodlar vasitəsi – televiziya, radio, reklamlar, filmlər və kitablardır desək yanılmarıq. Hətta belə söz də dəbdədir – hipnoz. Hipnoz etmək, məhz elə bir növ zombiləşdirmək deməkdir.

Qeyd eləmək lazımdır ki, son zamanlar zombi çox aktual bir mövzuya çevrilmişdir. Belə ki, zombi haqqında filmlər çəkilir, kitablar yazılır, kompüter oyunları hazırlanır və s... İstənilən variantlarda zombi dedikdə, - gecələr öz qəbirlərindən çıxıb beyinlər ovuna çıxan dirilmiş ölülər nəzərdə tutulur.

Kinomatoqrafiyada zombiləşmə hər hansı bir virusun yayılmasından sonra başlayır. Əslində isə heç bir virus ölmüş hüceyrələrdə artmaq imkanına malik deyil.

Kompüter oyunlarında zombilər həmişə çox qorxulu, tük ürpədici bir görkəmdə təsvir edilir. Bir sözlə, ümumilikdə götürəndə müasir mədəniyyət bu mövzu ilə daha çox məşğul olmağa başlamışdır və bu mövzu ətrafında yeni-yeni ürəksıxıcı, dəhşətli detalları axtarmaqdadır.

Son zamanlar müasir mədəniyyətimizdə zombi mövzusu daha aktual və daha populyar bir mövzuya çevrilmişdir.

Jalə Orucova

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ