Aşıq Şəmşirin 125 illik yubileyi keçiriləcək

Tarix:10-12-2018, 21:18 Baxış Sayı:37

Aşıq Şəmşirin 125 illik yubileyi keçiriləcək
Dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin 125 illik yubileyi keçiriləcək.

Manera.az-ın məlumatına görə, yubiley gecəsində aşıq poeziyasının ən tanınmış və məşhur simaları iştirak edəcəklər. Aşıqların ifasında ustad sənətkarın əsərləri səsləndiriləcək.

Qeyd edək ki, ustad sənətkar sehirli səsi, şirin avazı, özünəməxsus çalğısı, peşakar şairliyi və qələmə aldığı gözəl sənət nümunələri ilə Azərbaycan aşıq yaradıcılığında mühüm yer tutub və Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində böyük əməyi olub.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-70 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ