Hüseyn Cavidin şeirləri qazax dilində çap olunub

Tarix:7-12-2018, 21:22 Baxış Sayı:58

Hüseyn Cavidin şeirləri qazax dilində çap olunub
Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Almatı şəhərində Əl Fərabi adına Qazaxıstan Milli Universiteti tərəfindən böyük ədibin qazax dilinə tərcümə olunmuş şeirlərindən ibarət kitabın təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edənlər Hüseyn Cavidi bütün türk dünyasının ortaq dəyəri kimi qiymətləndiriblər. Şairin irsinin öyrənilməsinin xalqlarımız arasında əlaqələrin dərinləşməsi üçün böyük imkanlar yaratdığını qeyd ediblər.

Universitetin rektoru Qalım Mutanov Hüseyn Cavid yaradıcılığının türk dünyasının birliyinə, bütünlüyünə xidmət etdiyini, bu il ali təhsil ocağında onun 135 illik yubileyinin keçirildiyini vurğulayıb. Kitabın şairin yubileyi münasibətilə işıq üzü gördüyünü qeyd edən rektor Qazaxıstan ədəbiyyatşünaslarının Hüseyn Cavid yaradıcılığını daha geniş tədqiq etməli olduğunu bildirib.
Hüseyn Cavidin şeirləri qazax dilində çap olunub
Təqdimat mərasimində qazax alimləri böyük ədibin yaradıcılığı ilə bağlı müzakirələr aparıb və tələbələr onun şeirlərindən nümunələr səsləndiriblər.

Əl-Fərabi adına Milli Universitetdə “Azərbaycan tarixi və mədəniyyəti Mərkəzi”nin qurulması, eyni zamanda, Azərbaycan və Qazaxıstan elmi ictimaiyyəti arasında əlaqələrin yaradılmasındakı xidmətlərinə görə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, akademik Teymur Kərimli və Azərbaycan əsilli qazax alimi Əsli Osman universitetin yubiley medalı ilə təltif olunublar.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ