“Miskin Abdal və Səfəvilər” kitabı işıq üzü görüb

Tarix:7-12-2018, 21:13 Baxış Sayı:86

“Miskin Abdal və Səfəvilər” kitabı işıq üzü görüb
Tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Niftalı Göyçəlinin aşıq poeziyasının görkəmli nümayəndəsi Miskin Abdala həsr olunan “Miskin Abdal və Səfəvilər” kitabı nəşr olunub.

Manera.az xəbər verir ki, nəşrdə Miskin Abdalın şeirləri, Miskin Abdal və Sənubər” dastanı, aşığın yaradıcılığının yorulmadan tədqiqatçısı olan və onun oğlu Şadmanın nəslinin davamçısı Tofiq Hüseynzadənin “Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri” elmi-tədqiqat əsərindən seçmələr, tədqiqatçı Niftalı Göyçəli tərəfindən əldə olunmuş, ilk dəfə nəşr edilən “Billir Zəvvar” şeiri, “Dağlar” gəraylısı yer alıb.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, redaktoru, tədqiqatçı-jurnalist Mahmud Əyyublu, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Qüdrət Umudov və Tacir Qurbanovdur.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ