“Böyük kitab” mükafatının qalibləri bilindi - Adlar

Tarix:5-12-2018, 17:33 Baxış Sayı:36

“Böyük kitab” mükafatının qalibləri bilindi - Adlar
Rusiyanın “Böyük kitab” milli ədəbiyyat mükafatının laureatları açıqlanıb.

Manera.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, laureatların mükafatlandırma mərasimi çərşənbə axşamı günü Moskvada keçirilib.

Mariya Stepanova “Xatirə xatirəsi” əsəri ilə birinci yerə, Aleksandr Arxangelski “Yoxlama bürosu” əsəri ilə ikinci yerə, Dmitri Bıkov isə “İyun” romanına görə üçüncü yerə çıxıb.

Ədəbiyyata xidmətlərinə görə mükafata Lüdmila Petruşevskaya layiq görülüb.

“Böyük kitab” mükafatı 2005-ci ildə təsis olunub. Qaliblər müvafiq olaraq 3 milyon, 1.5 milyon, 1 milyon rubl dəyərində pul mükafatı əldə edirlər./aznews.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ