Enerji səmərəliliyinə dair seminar keçirilib

Tarix:5-12-2018, 12:07 Baxış Sayı:33

Enerji səmərəliliyinə dair seminar keçirilib
Dekabrın 5-də Bakıda "Müxtəlif enerji istehlakı sektorlarında enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsində effektiv siyasət və proqramlar üzrə məlumatlılığın artırılması və biliklərin paylaşılması" mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti BMT İnkişaf Proqramı və SOCAR-ın karbon qazının havaya atılma miqdarının azaldılması ilə bağlı tədbirlər gördüyünü qeyd edib. Bildirib ki, məqsəd istixana qazlarının havaya buraxılmasının qarşısını almaqdır. Bununla bağlı SOCAR BMT İnkişaf Proqramı ilə birgə 3 fəaliyyət proqramı həyata keçirir. "İqlim dəyişmələrinin təsiri azalarsa, 26 trilyon dollar vəsaitə qənaət ediləcək və 65 milyon iş yerinin açılması mümkün olacaq", - deyə A.Frakassetti qeyd edib.

Tədbir Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramının SOCAR ilə əməkdaşlıq şəraitində həyata keçirdiyi Milli Fəaliyyət Planları (NAMA) layihəsi çərçivəsində təşkil olunub.

Seminar enerji səmərəliliyi anlayışını gücləndirmək üçün məlumatlılığın artırılmasına aid səmərəli siyasət və proqramlarla bağlı məlumatların bölüşdürülməsi üçün platforma təklif edəcək. Seminar, həmçinin Avropanın və MDB ölkələrinin ən yaxşı beynəlxalq təcrübələrini nəzərə almaqla, Azərbaycanda müxtəlif enerji istehlakı sahələrində bərpa olunan enerji istifadəsinin potensialını araşdıracaq.

Enerji səmərəliliyinə dair seminar keçirilib


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ