Bilik Fondu ölkədəki söz azadlığı haqda mühazirə təşkil edib

Tarix:6-11-2018, 15:12 Baxış Sayı:123


Bilik Fondu ölkədəki söz azadlığı haqda mühazirə təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən 6 noyabr - Azərbaycan televiziyası və radiosu günü və 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində olan Bakı Neft-Energetika Kollecində “Azərbaycan Respublikasının Konstitusiyasında söz, mətbuat, fikir azadlığı” mövzusunda mühazirə təşkili olunub.

Bilik Fondu ölkədəki söz azadlığı haqda mühazirə təşkil edib

Müəllim və tələbə heyyətinin iştirak etdiyi tədbiri açıq elan edən kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov Bilik fondunun fəaliyyətindən, kolleclə birlikdə həyata keçirilən tədbirlərindən söz açıb.

Sonra söz fondun lektoru Manera.az saytının baş redaktoru, yazıçı Şəhla Aslana verilib. O, çıxış edərək əvvəlcə iştirakçılara Bilik Fondunun həyata keçirdiyi maarifçilik layihələri və tədbirləri barədə ətraflı məlumat verib.

Bilik Fondu ölkədəki söz azadlığı haqda mühazirə təşkil edib

Çıxışında Azərbaycan Respublikasının Konstitusiyasında söz, mətbuat, fikir azadlığından danışan Ş. Aslan bildirib ki, bu gün ölkəmizdə KİV-in sərbəst fəaliyyətinin təmin edilməsi üçün qanunvericilik bazası tam təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb. 1999-cu ildə qəbul edilmiş "KİV haqqında" qanun, 2005-ci ildə qəbul edilmiş "İnformasiya əldə etmək haqqında" qanun və digər qanunlar KİV-in hərtərəfli inkişafına təminat yaradılmışdır.

“Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoymuşdur. Ölkədə xeyli sayda müstəqil mətbu orqanının və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı”- deyə lektor bildirib.

Ş. Aslan: “Bu gün Ulu öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə mətbuatın inkişafına yönələn addımlar davamlılığı ilə diqqət çəkir. Milli Mətbuatımızın yaranması gününün ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, jurnalistlərin fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və s. bu kimi biri-birindən əhəmiyyətli addımlar ölkəmizdə mətbuata göstərilən diqqətin, qayğının nəticəsidir.”

Sonda tələbələrlə mövzu ətrafında maraqlı diskussiya aparılıb, onların təklifləri dinlənilib.

MANERA.AZ

Bilik Fondu ölkədəki söz azadlığı haqda mühazirə təşkil edib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ