Tofiq Quliyevin xatirə gecəsi keçirilib

Tarix:8-11-2018, 12:31 Baxış Sayı:43

Tofiq Quliyevin xatirə gecəsi keçirilib
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi nəzdində fəaliyyət göstərən Klassik Musiqisevərlər Klubunda Azərbaycan estrada musiqisinin yaradıcılarından birinin – Tofiq Quliyevin xatirə gecəsi keçirilib.

Gecəni Muzeyin filialının – Niyazinin ev-muzeyinin direktoru, Əməkdar Mədəniyyət Xadimi Rza Bayramov açıb. O qeyd edib ki, hər çərşənbə günü Klassik Musiqisevərlər Klubunda müxtəlif tədbirlər keçirilir. Növbəti tədbir noyabrın 7-nə – Tofiq Quliyevin ad gününə təsadüf etdiyi üçün görkəmli bəstəkarın yaradıcılığına həsr olunub.

Bakı Musiqi Akademiyasının müəllimləri – sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Hüseynova və Aytən İbrahimova Tofiq Quliyevin həyat və yaradıcılığından söhbət açıblar. Onların çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Çıxış edənlər vurğulayıblar ki, Tofiq Quliyev Azərbaycan folklorunun inkişafında və populyarlaşmasında nəzərəçarpacaq rol oynayıb. O, Azərbaycan muğamlarını nota köçürən ilk bəstəkarlardan biridir. O, 1936-cı ildə bəstəkar Z.Bağırov ilə birlikdə "Rast”, "Segah”, "Zabul”, "Dügah” muğamlarının şöbə və guşələrini nota köçürərək musiqi aləminə çox böyük töhfə verib. Tofiq Quliyevin bəstələdiyi mahnılar, filmlərə yazdığı musiqi Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli bəstəkar yaradıcılıqla yanaşı, ictimai fəaliyyətlə də məşğul olub.

Tədbirin sonunda Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyevin və məzunu Güllü Məmmədovanın ifasında Tofiq Quliyevin hamı tərəfindən sevilən nəğmələri səslənib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ