Ağdam Muğam Mərkəzi açılıb

Tarix:7-11-2018, 12:29 Baxış Sayı:47

Ağdam Muğam Mərkəzi açılıb
Noyabrın 5-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Manera.az xəbər verir ki, Ağdam Muğam Mərkəzinin ərazisi 7782 kvadratmetrdir. İkimərtəbəli binada qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da fəaliyyət göstərəcək. Konsert zalı 328 yerlikdir.

Mərkəzlə tanışlıqdan sonra prezident rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüb.

Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Xalq artisti, tarzən Ramiz Quliyev görüşdə çıxış ediblər.

Ağdam Muğam Mərkəzi açılıb
Ağdam Muğam Mərkəzi açılıb
Ağdam Muğam Mərkəzi açılıb

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ