Elçin Hüseynbəylidən Qarabağ mövzusunda yeni kitab

Tarix:10-10-2018, 12:25 Baxış Sayı:80

Elçin Hüseynbəylidən Qarabağ mövzusunda yeni kitab
Tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxanın) yeni kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, "Qarabağ hekayələri" silsiləsidən olan "Gözünə gün düşür" adlı kitaba müəllifin Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsi (müharibəsi) ilə bağlı 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib.

333 səhifəlik, nəfis dizaynlı kitabı "Yeni poliqrafist" nəşriyyatı çap edib.

Kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir.

"Gözünə gün düşür"ün geniş təqdimatı oktyabrın sonları, noyabrın əvvəllərinə planlaşdırılır.

Qeyd edək ki, daim Qarabağ mövzusuna müraciət edən müəllifin ilk hekayəsi "Küləkli çöl" adlanır və 1989-cu ildə qələmə alınıb. Hekayə 1991-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxıb. Son hekayə - "Sevgiylə döyüşmək" bu ilin aprelində nəşr edilib.

Kitab nəşriyyat və müəllif tərəfindən oxuculara hədiyyə ediləcək./525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ