Üçüncü Məmməd Araz Poeziya günü yekunlaşıb

Tarix:10-10-2018, 11:11 Baxış Sayı:132

Üçüncü  Məmməd Araz Poeziya günü yekunlaşıb
Şair və tədqiqatçı Qardaşxan Əzizxanlının rəhbəri olduğu Üçüncü Məmməd Araz Poeziya günü layihəsi çərçivəsində və Xalq şairinin 85 illiyi münasibətilə keçirilən tədbirin yekun toplantısı dünən Xəzər Universitetində gerçəkləşib.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, AYB və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, ədəbiyyat və mədəniyyət xadimləri, tələbələr, poeziyasevərlər və jurnalistlər iştirak ediblər.

Tədbirdə bildirilib ki, Üçüncü Məmməd Araz Poeziya günü çərçivəsində tədbirlər bu il aprel ayının 20-də Qazaxda başlayıb, İsmayıllıda, Neftçalada, Xətai rayonunun "Zəkalar" liseyində davam edib. Şairin şeirlərinin ifası üzrə qalib olmuş məktəblilər Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşəkkürnamələri və diplomları ilə mükafatlandırılıblar.

Yekun tədbirdə isə bu silsilə üzrə elan edilmiş şeir müsabiqəsinin qalibləri bəlli olub. Şeir müsabiqəsi aprelin 15-dən iyulun 15-dək keçirilib. Müsabiqədə bir neçə nəsil iştirak edib. Mingəçevir şəhəri 20 saylı məktəbin 2-ci sinif şagirdləri Məhəmməd Məlikzadə ("Ana vətən") və Ayşən Əhmədova ("Yuxu") müsabiqənin yaşca ən kiçir iştirakçıları olublar. Ümumiyyətlə, müsabiqəyə 30-dan yuxarı rayondan 50-dək müəllif 100-dən çox mətn göndərib.

Filologiya üzrə elmlər doktorları Elnarə Akimova, Cavanşir Yusifli və Rüstəm Kamalın, filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turanın, AYB-nin katibi, aşir İlqar Fəhminin və Qardaşxan Əzizxanlının daxil olduğu münsiflər heyətinin 10 ballıq sistem üzrə verdiyi qiymətlərə əsasən (şifrələnmiş adlar əsasında) müsabiqə iştirakçıları arasında I yerə Xalid Mahmud, II yerə Mina Rəşid, III yerə İbrahimxəlil, həvəsləndirici yerlərə isə Ağasəfa və Mayis Səlimin şeirləri layiq görülüb.

"Məmməd Araza yazılmış ən yaxşı şeir" nominasiyasının qalibi "Məmməd Arazın xətti" şeiri ilə Əlizadə Nuri olub.

Yekun tədbirdə Xəzər Universitetinin tələbələri Aytən Əsgərova, Aytac Həsənova, Pinar Məmmədzadə, "Zəkalar" liseyinin şagirdləri Nəzri Ağazadə, Əbülfəz Rzazadə, Nicat Səmədov, şeir ifası üzrə 2017-ci ilin Məmməd Araz adına "Qartal" mükafatı laureatı Nizami rayonu 12 saylı tam orta məktəbin V sinif şagirdi İbrahim Əhmədov şairin şeirlərini söyləyiblər. İştirakçılar Bilik Fondunun təşəkkürnamə və diplomları ilə mükafatlandırılıblar.

Sonra tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə Moskva Dərviş Teatrının aktyoru Şirzadə Pirallaı Məmməd Arazın "Ayağa dur, Azərbaycan" şeirini söyləyib, Əməkdar artist Nuriyyə Hüseynova, Xəzər Universiteti Mədəniyyət və İncəsənət Departamentinin müdiri Zülfiyyə Sadıqova, müğənnilər İlham Əsgəroğlu, Məhsəti Cabbarova şeirin sözlərinə yazılmış mahnıları ifa ediblər.
Üçüncü  Məmməd Araz Poeziya günü yekunlaşıb
Üçüncü  Məmməd Araz Poeziya günü yekunlaşıb
Üçüncü  Məmməd Araz Poeziya günü yekunlaşıb
Üçüncü  Məmməd Araz Poeziya günü yekunlaşıb
Üçüncü  Məmməd Araz Poeziya günü yekunlaşıb
Üçüncü  Məmməd Araz Poeziya günü yekunlaşıbБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ