manera.az
manera.az

Nobel Ədəbiyyat mükafatına iki namizəd

Nobel Ədəbiyyat mükafatına iki namizəd
Dünya fantastika ədəbiyyatının usta qələm sahiblərindən Neyl Qeyman Nobel ədəbiyyat mükafatına namizəd göstərilib. Mükafatın dəyişməyən namizədləri siyahısına isə, həmişəki kimi Haruki Murakami başçılıq edir.

Mükafat fondunun rəsmi saytında yer alan xəbərə görə, "Qum adam” ("Sandman”), "Amerika Tanrıları” ("American Gods”), "Məzarlıq kitabı” ("The graveyard book”) və s. onlarla bir-birindən uğurlu romana imza atan, ingilis fantastik ədəbiyyatının son illərdə yetişdirdiyi ustad imzalardan sayılan Neyl Qeyman bu il ilk dəfə təqdim olunacaq tamamilə fərqli nominasiya üzrə veriləcək Nobel ədəbiyyat mükafatı üçün namizədliyini irəli sürüb. "Qum adam” cizgi romanı ilə qlobal şöhrətə qovuşmuş, keçən il işıq üzü görmüş "Amerikan Tanrıları” silsiləsi ilə şöhrətinə şöhrət qatmış Qeyman bu günə kimi beş dəfə "Hüqo”, iki dəfə "Nebula” və 22 dəfə "Lokus” olmaqla, bir çox mükafata layiq görülüb.

Qeymanla yanaşı, siyahıda adı diqqət çəkən digər bir müəllif isə Haruki Murakamidir. "Franz Kafka” və "World Fantasy” kimi 30-a yaxın ədəbi və qeyri-ədəbi mükafata sahib olaraq, karyerasını dəfələrlə taclandırmış yazıçı bu ilədək yeddi dəfə Nobel Ədəbiyyat mükafatına namizəd göstərilsə də, mükafat tarixinə adını yazdırmaq ona nəsib olmayıb. Əgər bu il proqnozların 42%-i doğru çıxar və Qeyman mükafata sahib olarsa, Yapon roman ustası İsveç Akademiyasının qapısından səkkizinci dəfə boynubükük qayıdacaq.

Bu ilki mükafat elə Nobel fondu üçün də bir milad mahiyyəti kəsb edir. Cari ilin ilk aylarında fondun münsiflər heyəti haqqında yayılan seks skandalı xəbərləri nəticəsində 2018-ci il Nobel mükafatları ləğv edilmiş, İsveç Akademiyası dağılmışdı. Artıq Nobel mükafat ənənələrini layiqincə davam etdirmək funksiyası, "The New Academy” adlı quruma həvalə olunub. Mükafata namizəd göstərilən digər 2 diqqət çəkən imza isə, Meris Kont və Kim Tuy olub. Seçimlərin nəticələri cari ilin oktyabr ayının 21-də açıqlanacaq.../artkaspi.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930