Aşıq Hüseyn Bozalqanlının yeni dastanı əldə olunub

Tarix:13-09-2018, 13:40 Baxış Sayı:140

Aşıq Hüseyn Bozalqanlının yeni dastanı əldə olunub
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, xalq nağıl və dastanlarının kamil bilicisi Aşıq Hüseyn Bozalqanlının yeni dastanı əldə edilib.

Bu barədə MANERA.AZ-a Azərbaycan Aşıqlar Birliyinin üzvi, aşıq ədəbiyyatının tədqiqatçısı Mahmud Əyyublu məlumat verib.

Dastanı Mahmud Əyyubluya İran Aşıqlar Birliyinin sədri Səlcuq Şəhbazi təqdim edib.

Aşıq Səlcuq Şəhbazinin sözlərinə görə, dastan onun ustadı Aşıq Əvəz tərəfindən danışılıb. Bir müddətdən sonra isə o, dastanı qələmə alıb.

Dastanda hadisələr Ərdəbil rayonunun Xalxal şəhərində Məhəmmədxanın oğlunun toyunda baş verir. Ağcaqışlaqlı Aşıq Əsədlə Aşıq Hüseyn Bozalqanlının olduqca maraqlı deyişmələri dastanın bir çox mətləblərdən xəbər verdiyini göstərir. Aşıq Hüseyn Bozalqanlının yaradıcılığının tədqiqi üçün dastanın mühüm əhəmiyyəti var. Dastanda aşığın indiyədək heç kimə məlum olmayan şeirləri yer alıb.

Dastan fars əlifbası ilə yazıya alınıb. İrihəcmli bu dastan latın əlifbasına transliterasiya olunduqdan sonra mətbuatda dərc olunacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ