İsmayıllıda "Məmməd Araz poeziya günü”

Tarix:12-09-2018, 16:58 Baxış Sayı:142

İsmayıllıda "Məmməd Araz poeziya günü”
Bu ilin 20 aprelində Qazax rayonundan start götürən III "Məmməd Araz poeziya günü” çərçivəsində növbəti tədbir sentyabr ayının 7-də İsmayıllı rayonunda keçirilib.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Yazıçılar Birliyinin (AYB) dəstəyi ilə keçirilən tədbirdə rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, təhsil, mədəniyyət işçiləri, məktəblilər iştirak edib.

Məmməd Arazın qızı “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın və millət vəkili, yazıçı Aqil Abbasın da qatıldığı ədəbi-musiqili məclis Xalq Şairinin lentə alınmış öz ifasında səslənən şeirinin oxunması ilə başlayıb. Tədbirin aparıcısı layihə rəhbəri şair Qardaşxan Əzizxanlı Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb. O, bildirib ki, poeziya günü ilk dəfədir belə bir formatda,–müəllimlərin üstünlük təşkil etdiyi kontingentlə keçirilir. Şair də müəyyən mənada müəllimdir, maarifçidir, insan tərbiyə edir. Bu mənada Məmməd Araz müəllimlər müəllimidir. O, qeyd edib ki üçüncü dəfə təşkil olunan poeziya günləri, həm də böyük şairin anadan olmasının 85 illik yubileyi ilə əlamətdardır.

Tədbirdə çıxış edən Aqil Abbas, rayon icra başçısının müavini Sevil Əhmədova, icra hakimiyyətinin məsul işçisi Murad Məhərrəmov tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təsis etdiyi diplomlar, təşəkkürnamələr və hədiyyələr poeziya günlərinin tərkibinə daxil olan “Məmməd Araz poeziya müsabiqəsi”nin qalibi və iştirakçısı olmuş məktəblilərə təqdim olunub. İsmayıllı Bilik evinin müdiri Sevinc Novruzova da təltif edilənlərin sırasında olub.

“İsmayıllı xəbərləri”nin baş redaktoru şair Şahməmməd Dağlaroğlu M.Araza həsr etdiyi şeirini oxuyub. Müğənni Qalib Güləliyev şairin şeirlərinə həsr olunmuş mahnılar ifa edib.

III "Məmməd Araz poeziya günü” çərçivəsində poeziya günləri Xalq Şairinin doğum günü ərəfəsində–oktyabr ayının əvvəlində Məmməd Arazın xatirəsinə həsr edilən respublika şeir müsabiqəsinin nəticələrinin elan edilməsi, qaliblərin mükafatlandırması mərasimi ilə yekunlaşacaq.
İsmayıllıda "Məmməd Araz poeziya günü”
İsmayıllıda "Məmməd Araz poeziya günü”
İsmayıllıda "Məmməd Araz poeziya günü” Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ