Səfər Alışarlının yeni kitabı çap edilib

Tarix:12-06-2018, 13:28 Baxış Sayı:253

Səfər Alışarlının yeni kitabı çap edilib
Yazıçı Səfər Alışarlının yeni kitabı işıq üzü görüb

MANERA.AZ xəbər verir ki, kitaba yazıçının müxtəlif vaxtlarda yazdığı hekayələr daxil edilib.

“Quraq fəsillər” adı altında çıxan kitab mövzu rəngarəngliyilə seçilir. Bu hekayələrdə müəllifin həyata fərqli baxış prizması və reallığın təzahürlərinə özünəməxsus münasibəti aydın görünür. Dərin psixologizm, lakoniklik, predmetin mahiyyətinin parlaq metaforalarla ifadəsi və fraza ritminin bir an belə unudulmayan döyüntüsü Səfər Alışarlı nəsrinin önəmli cəhətlərindəndir.

Kitab “Qanun” nəşriyyatında çapdan çıxıb. Xatırladaq ki, yaxın günlərdə "Quraq fəsillər" kitabını kitab mağazalarından əldə edə bilərsiniz.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ