“Qafqaz Media” Qurtuluş Gününü qeyd edib

Tarix:11-06-2018, 10:42 Baxış Sayı:197

“Qafqaz Media” Qurtuluş Gününü qeyd edib
“Qafqaz Media” İctimai Birliyinin (QM İB) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

İctimai Birliyin üzvləri əvvəlcə ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Tədbir iştirakçıları Ulu Öndərə ehtiramlarını bildirərək, abidəsi önünə tər çiçəklər düzüblər. Həmçinin oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Tədbir İctimai Birlikdə davam edib. “Qafqaz Media” İB-in sədri Azadə Hüseynova 15 İyun - Milli Qurtuluş Gününün xalqımızın həyatında əlamətdar gün olduğunu söyləyib. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin ölkəni xaos və anarxiyadan, vətəndaş müharibəsindən xilas etdiyini bildirib. A.Hüseynova şair və yazıçıların, qələm adamlarının Ulu Öndərin xatirəsinə onlarla kitab, musiqi əsəri və filmlər həsr etdiklərini vurğulayıb.

Azərbaycan İqtisad Universitetinin müəllimi, dosent Nailə Yusifova, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, hərbçi-şairə Zəminə Xınalı, şairə-publisist Zərəngiz Qayalı, Bakı Dövlət Universitetinin müəllimi Knyaz Aslan və başqaları Ulu Öndərin xalqımız qarşısındakı xilaskarlıq missiyasından danışıb, onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin gördüyü quruculuq işlərindən, ölkəmizdə qazanılan ictimai-siyasi, mədəni və iqtisadi uğurlardan söhbət açıblar.

Tədbirdə gənc yazarların, şairlərin də çıxışları dinlənilib.

Sonda şairlər ulu öndər Heydər Əliyevə həsr etdikləri şeirləri oxuyublar. Heydər Əliyevin həyat və fəaliyyətinə öz yaradıcılığında xüsusi yer ayıran müəlliflərə “Qafqaz Media” İctimai Birliyinin Ulu Öndərin 95 illik yubileyi münasibətilə təsis etdiyi “Heydər zirvəsi” mükafatları təqdim olunub.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ