“Cəfər Cabbarlı mükafatı”nın təqdimatı olacaq

Tarix:14-05-2018, 17:22 Baxış Sayı:299

“Cəfər Cabbarlı mükafatı”nın təqdimatı olacaq
Mayın 21-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 2018-ci ilin “Cəfər Cabbarlı mükafatı”nın təqdimatı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə təşkil olunacaq.

Qeyd edək ki, mükafat C.Cabbarlının ev-muzeyinin layihəsi əsasında İB-nin iştirakı və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunub. Mükafat Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilir.

Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq sonrakı illərdə mükafat müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilib. Ədəbiyyat, teatr və kino, jurnalistika, ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlar, ədəbiyyat və incəsənət xadimləri də bu mükafata layiq görülüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ