“Cümhuriyyət-100” - Hekayə müsabiqəsi

Tarix:13-03-2018, 22:35 Baxış Sayı:276

“Cümhuriyyət-100” - Hekayə müsabiqəsi
“Hədəf” Nəşrlərinin “Ustad” ədəbiyyat və sənət dərgisi "Cümhuriyyət ili" münasibətilə hekayə müsabiqəsi elan edir.

MANERA.AZ xəbər verir ki, müsabiqədə 1918-1920-ci illər - Azərbaycan Demokratik Cümhuriyyəti dönəmindən, ümumiyyətlə, həmin dövrdə baş verən hadisələrdən, ictimai-siyasi, sosial-mədəni mövzulardan, dövrü təsvir etmək şərtilə tarixi və ya uydurulmuş şəxsiyyətlərdən bəhs edən müasir hekayələr iştirak edə bilər.

Hekayələrin janrına məhdudiyyət qoyulmur.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər hekayələrini 10 aprel, 2018-ci il tarixinə qədər ustaddargisi@gmail.com ünvanına göndərə bilərlər.

Müsabiqə şərtləri aşağıdakılardır:

- Müəllifin adı və soyadı (təxəllüsü)

- Müəllifin əlaqə nömrəsi

- "Times New Roman" şrifti ilə "Word" faylında, ən azı 2000, ən çoxu 5000 boşluqsuz işarə sayında hekayə.

Müsabiqəyə təqdim olunan hekayələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, ilk 3 yerin sahibi mükafatlandırılacaq. Seçilmiş hekayələr “Ustad” dərgisinin "Cümhuriyyət ili"nə həsr olunmuş xüsusi buraxılışında dərc ediləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ