“Sərdabənin sirri” tarixi romanı Azərbaycan dilində

Tarix:13-03-2018, 22:30 Baxış Sayı:237

“Sərdabənin sirri” tarixi romanı Azərbaycan dilində
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Ukrayna nasiri Nikolay Xomiçin “Sərdabənin sirri” kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən Manera.az-a verilən məlumata görə, “Su pərisinin gecəsi”, “Zaman”, “Yalan torpağı”, “Sərdabənin sirri” romanlarının müəllifi kimi tanınan Nikolay Xomiç “Voin sveta”, “Don Kixot” beynəlxalq ədəbiyyat mükafatları laureatıdır. Onun əsərlərinin əsas mövzusunu itirilmiş tarixi yaddaşın bərpası təşkil edir.

“Sərdabənin sirri” romanı qədim Kiyev-Rus dövləti hakimiyyəti dövrü yaşanan tarixi hadisələri, Qərb və Bizans sivilizasiyaları arasında seçim etmək məcburiyyətində qalmış Ukrayna xalqının keçdiyi ağrılı-acılı yolu əks etdirir.

Əsəri dilimizə Saday Budaqlı və Fərhad Abdullayev tərcümə edib. Kitabın redaktoru Bəhlul Abbasovdur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ