Bakıda çağdaş türk yazıçıların hekayələr kitabı çıxdı

Tarix:21-02-2018, 18:13 Baxış Sayı:255

Bakıda çağdaş türk yazıçıların hekayələr kitabı çıxdı
“AYBkitab” layihəsi çərçivəsində “Həyatın rəngləri” (Almanax) - çağdaş Türkiyə yazarlarının hekayələri işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, kitab Azərbaycan Yazıçılar Birliyi ilə Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) əməkdaşlıq müqaviləsi əsasında çap olunub.

Yeni nəşrdə 20 türk yazıçısının, o cümlədən, Abdulla Akayın “Cinlərin rəqsi”, Zəhra Birsən Yamakın “Vətən sevgisi”, Zəhra Yücelin “Səs”, Zeynəb Sati Yaçının “Qəhvə fəsiləsi”, Osman Çeviksoyun “Günəbaxan” hekayələri yer alıb.

Qeyd edək ki, “AYBkitab” layihəsinin rəhbəri Xəyal Rza, almanaxın Azərbaycan dilinə uyğunlaşdıranı Cavid Qədir, redaktoru Şahanə Müşfiqdir./apa.az/
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ