Beynəlxalq Ana Dili Günü qeyd olunub

Tarix:21-02-2018, 13:26 Baxış Sayı:184

Beynəlxalq Ana Dili Günü qeyd olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

Bakı məktəblərində “Ana dilimizi sevək və qoruyaq”, “Dilimiz-dəyərimizdir”, "Ana dilim-doğma dilim", “Ana dilimiz-Milli sərvətimizdir”, “Mənim dilim” və digər müvafiq mövzularda tədbirlər, inşa yazı müsabiqələri, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, xüsusi dərslər və məşğələlər təşkil edilib.

Bakı Şəhəri üzrə Təsil İdarəsi və yerli icra qurumları əməkdaşlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.

Tədbirlərdə şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.

Beynəlxalq Ana Dili Günü qeyd olunub

Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar da nümayiş etdirilib.

Qeyd edək ki, paytaxt məktəblərində 21 fevralın Beynəlxalq Ana Dili günü kimi qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötümək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ