“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşr olunur - İlk dəfə

Tarix:20-02-2018, 12:14 Baxış Sayı:282

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşr olunur - İlk dəfə
Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi “Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi “XAN” nəşriyyatının “Milli ədəbiyyat” silsiləsində çap olunacaq.

Dastanın Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunur, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarətdir.

“Hekayəti-Oğuznameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim ediləcək.

Abidəni transliterasiya edən, önsöz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru Tərlan Quliyev, elmi redaktoru filologiya elmləri doktoru Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir.

Kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının qərarı əsasında çapa hazırlanır./parafr.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ