manera.az
manera.az

Bədii qiraət müsabiqəsi elan edilib

Bədii qiraət müsabiqəsi elan edilib
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə məktəblilər arasında "Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçiriləcək.

Müsabiqə iki turdan ibarətdir. Birinci turun ilk mərhələsi 2018-ci ilin fevral-mart aylarında şəhər (rayon) mərkəzi kitabxanalarında təşkil olunacaq. İlk turda münsiflər heyəti tərəfindən hər şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə bir nəfər qalib seçiləcək.

Müsabiqənin ikinci mərhələsi cari ilin aprel ayı ərzində Bakı şəhəri və 15 regional mərkəz üzrə təşkil olunacaq. Bu mərhələdə hər bir şəhər (rayon) üzrə qalib gəlmiş bədii qiraətçilər iştirak edəcəklər. Bu mərhələdə regional mədəniyyət və turizm idarələri tərəfindən müəyyənləşdirilən münsiflər heyəti tərəfindən hər region üzrə 2 qalib seçiləcək.

May ayında Bakı şəhərində təşkil ediləcək müsabiqənin final mərhələsi və Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi münsiflər heyəti tərəfindən seçilən qaliblər (I yer üzrə bir nəfər, II yer üzrə iki nəfər, III yer üzrə üç nəfər və 4 həvəsləndirici yer) xüsusi hədiyyələr və nazirliyin diplomları ilə təltif olunacaqlar.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031