manera.az
manera.az

Orfoqrafiya mədəniyyətimiz...

Orfoqrafiya mədəniyyətimiz...
Orfoqrafiya mədəniyyəti - həm el mədəniyyəti, həm də dil mədəniyyətidir...


Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı mənə ümummilli liderimiz Heydər Əliyevin 18 mart 2000-ci il tarixli Fərmanı ilə verilmişdir.Yazılarımın altında bu fəxri addakı 4 sözün ilk 2 sözünü böyük hərflərlə yazıram.Bəzi redaktorlar fəxri addakı ilk 2 sözü redaktə edəndə təəccüblənirəm ki, bunlar niyə hamının bilməli olduğu nəsnələri bilmirlər?

Bəziləri ƏMƏKDAR sözünün ilk hərfini böyük hərflə yazırlar.Yenə də təəccüblənirəm. Niyəsini öyrənmək üçün orfoqrafiya qaydalarına baxın. 31-ci maddədən belə anlaşılır ki, fəxri adların da bütün sözlərinin ilk hərfi böyük hərflə yazılmalıdır (Təəssüf ki,bu qaydaya çox vaxt əməl olunmur.) .

Bəziləri fəxri adları dırnaq çində yaırlar.Yenə də təəccüblənirəm ki,kim isə kiməsə gülümsəyir.

Fəxri adların yazılışı düzgün yazılmalıdır ki,

sözün içindən söz çıxmasın.

ƏMƏKDAR MUƏLLİM deyəndə yaddan çıxarmaq lazım deyil ki,Azərbaycan Respublikasının da, onun muxtar respublikası olan Naxçıvan Muxtar Respublikasının da fəxri ad daşıyan ƏMƏKDARLARI var.

Fəxri adın qarşısında "Azərbaycan" və ya "Naxçıvan" sözləri mütləq yazılmalıdır ki fikir dəqiqləşdirilsin.

Səhv etmirəmsə,çox nüfuzlu və centlmen müğənnimiz Ədalət Şükürov əvvəllər Dağıstan Muxtar Respubliksının əməkdar artisti idi.
O vaxt Ədalər Şükürovu "Dağıstan"sız yazsaydılar, fikir dolaşıqlığı yaranardı.
Başqa bir misal.

90-cı illərin əvvəllərində AMEA ilə bərabər bir akademiya da yaratmışdılar,Bəzi elmlər namizədləri o vaxtlar özlərini akademik adları ilə tanıtmağa başlamışdılar.

Yeni orfoqrafiya qaydalarının ümumxalq müzakirəsində öz fikirlərini bir professor dostumuzun belə ifadə edirr:

"Əməkdar müəllim, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, Xalq şairi kimi fəxri adlar cümlənin ortasında gəldikdə belə ilk söz( fəxri adların ilk sözü-N.N.) böyük hərflə yazılır, məsələn: Bu gün Əməkdar elm xadimi Qəzənfər Kazımov mühazirə oxudu".

Səhv etmirəsə,Qəzənfər müəllimin fəxri adının qarşısına "Azərbaycan Resrublikasının " sözləri də yazılmalı idi.
Yeri gəlmişkən qeyd edək ki,ümumxalq müzakirəsində müəyyən anlaşılmazlıqlar da ortaua çıxır.Bu işlə ciddi şəşğul olan alimlərimizdən biri deyir ki,qaydaların müzakirəsində müəyyən təkliflərin birmənalı qarşılanmaması mənim üçün heç bir əhəmiyyət daşımır.
Bu,yaxşı səsləməyən fikirdir.Niyəsini özünüz vərəvurt edin.

"Vərəvurt" sözünü burada qəsdən yazıram. Bu söz orfoqrafiya lüğətlərində yoxdur.Bəlkə də onun yazılışı başqa cür olmalıdır.Söz yox ki,yeni orfoqrafiy qaydalarına əsasən hazırlanacaq lüğətdə yeni səzlər də daxil ediləcəkdir.
Bəzi alimlərimiz ümuxalq müzakirəsində iştirak edən şəxsləri üç qrupa bölürlər.Bu da məsələyə ciddi yanaşma deyil.
Yeni qaydalar layihəsində 69 maddə var.Azdır.
Orfoqrafiya qaydalarında ən azı 150-160 maddə olacağı təqdirdə mükəmməl istinad materialı yarana bilər.Orforafiya qaydalarında ali məktəblərin fakültələrinin adını necə yazılmasl haqqında maddə yoxdur Buna görə də yeni orfoqrafiya lüğətində lüğətçilərin çətinlik çəkəcəkləri indidən aydın görünür.
İxtisarlar (ABREVİATURLAR) məsələsinə də ciddi yanaşılmalıdır."Doktor "sözünü d-r ( d-r Əməd Əhmədo),"küçə" sözünü küç.(Əhməd Əmədov küç.),"professor" sözünü prof

( prof. Əhməd Əhmədov ) yazmaq yaxşı təəsürat yaratmır.

Yeni qaydalara aid layihədə alınma sözlərin yazılışında vahid prinsip olmalıdır.Bu mənada ən azı üç yanaşmaya diqqət yetirilməlidir.
1.Ədəbi dilimizə rus dili və rus dili vasitəsilə daxil olan sözlərin yazılışı.

2.Avropanın aparıcı dilləri (ingilis,fransız,alman və s.) vasitəsilə (birbaşa)Azərbaycan dilinə daxil olan sözlərin yazılışı
3.Ərəb,fars və Türkiyə türkcəsindən alınan sözlərin yazılışı.

Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm.Yeni orfoqrafiya qaydalarından sonra çap ediləcək orfoqrafiya lüğərində kenən nəşrlərdəki sözləri qösqanclıqla azaltmaq doru deyil. Bu,
dilimizdə vətəndaşlıq hüququ qazanan bəzi sözlərinin işlədilməsinə bir növ qadağa kimi görünür.Söz lüğətə daxil edisin.Kimə lazımdırsa işlətsin.

Hər il başqa dillərdən dilimizə minlərlə söz keçir. Həmin sözləri hər il xüsusi buraxılışlar kimi vətəndaşlarımıza çatdırmaq lazımdır. Rusiyada belə bir qayda var.

Orta məktəb proqramında orfoqrafiya qaydaları daha dərindən öyrənilməlidir.

Orta məktəb şagirdləri üçün yazılışı və tələffüzü çətin olan sözlərin lüğəti hazırlanmalıdır. Azərbaycan dili dərsliklərdə hər mətnin lüğəti verilməlidir.

Bu məsələdə "Dəbistan", "Məktəb" və "Məktəb məcmuəsi " kimi pedaqoji uşaq jurnallarındakı ənənələrdən istifadə oluna bilər.

Orfoqrafiya qaydaları bədii əsər deyil ki, onu milyonlarla insan oxusun.Qaydalar problem yarananda müraciət edilən sənəddir.Özü də hökumət tərəfindən rəsmi şəkildə təsdiqlənən sənəd.

Orta məktəb müəllimlərinin yeni orfoqrafiya qaydaları müzakirəsində iştirakı o qədər də nəzərə çarpmır.Orta məktəblərin bütün müəllim və yuxarı sinif şagirdləri müzakirələrdə fəal iştirak etməlidirlər

Nazim Nəsrəddinov,
Türkoloq



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930