manera.az
manera.az

Əməkdar jurnalistin yeni kitabı | MANERA.AZ

Əməkdar jurnalistin  yeni kitabı   | MANERA.AZ
Miniatür Kitab Muzeyində Əməkdar Jurnalist Elmira Əliyevanın “Özüm haqda və zaman barədə” kitabının təqdimatı keçirilib

MANERA.AZ xəbər verir ki, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova çıxış edərək muzeydə təşkil edilən bu təqdimatın xüsusi önəm daşıdığını bildirib. Vurğulayıb ki, təqdimatı keçirilən kitabın ideya müəllifi və tərtibçi-redaktoru Milli Məclisin deputatı, Əməkdar Jurnalist Elmira Axundovadır. Kitab nəfis tərtibatla “İndiqo” nəşriyyatında çapdan çıxıb.

Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, politoloq Fikrət Sadıqov, “Kaspi” qəzetinin baş redaktoru İlqar Hüseynov, yazıçı, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə, tanınmış jurnalist Qalina Mikeladze və başqaları Elmira Əliyevanın böyük yaradıcılıq yolundan söhbət açıblar.

Natiqlər vurğulayıb ki, illər Elmira Əliyevanın yaradıcılıq şövqünü azaltmayıb. O, yenə əvvəlki kimi gümrahdır, yaradıcılıq ideyaları, jurnalist ilhamı bitib-tükənmir. Oçerkləri populyar “Kaspi” qəzetinin və digər nəşrlərin səhifələrində mütəmadi dərc olunur. Onun belə cavan qalmasının səbəblərindən biri də peşəsinə sadiqliyidir.

Sonda Elmira Əliyeva iştirakçılara və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930