“Mənim yay tətilim” - Uşaqlar üçün sərgi

Tarix:8-07-2016, 09:00 Baxış Sayı:3372

“Mənim yay tətilim” - Uşaqlar üçün sərgi
Xətai Sənət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birlikdə “Mənim yay tətilim” adlı respublika uşaq rəsm sərgisi keçirir

Nazirlikdən MANERA.AZ-a bildirilib ki, iştirak etmək istəyən uşaqlar əsərlərini iyulun 30-a qədər Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər.

Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək.

Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə Azərbaycanın bütün bölgələrindən istedadlı uşaqlar iştirak edə bilər. 12 yaşa qədər uşaqların iştirak edəcəyi sərgidə mövzu sərbəstdir.

Fərqlənən rəsmlərin müəlliflərinə diplomlar təqdim olunacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ