manera.az
manera.az

Şeksprin əsərləri tələbələrin ifasında | MANERA.AZ


Şeksprin əsərləri tələbələrin ifasında | MANERA.AZ
Bakı Slavyan Universitetində dahi ingilis şairi və dramaturqu Ulyam Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş tədbir keçirilib

MANERA.AZ xəbər verir ki, tədbirin açılışında BSU-nun rektoru, professor Asif Hacıyev Ulyam Şekspirin dünya ədəbiyyatında tutduğu mövqedən danışıb.

Şekspirin əsərlərinin 400 ildir ki, dünya teatr səhnələrindən düşmədiyini bildirən professor Asif Hacıyev dahi dramaturqun məşhur əsərlərinin tələbələr tərəfindən səhnələşdirilməsini yüksək qiymətləndirib, BSU-nun yaradıcı gənclərə daim dəstək olduğunu vurğulayıb.

Universitetin təhsil və mədəniyyət sahəsində əldə etdiyi uğurlardan danışan rektor yaradıcı tələbələrin peşəkar teatr işçiləri ilə birgə gördüyü işlərdən söz açıb, gənclərə uğurlar arzulayıb.
Şeksprin əsərləri tələbələrin ifasında | MANERA.AZ
Bədii gecənin təşkilatçılarından olan BSU-nun İngilis filologiyası kafedrasının dosenti Elxan Mirzəyev və “Yuğ” teatrının baş rejissoru İmran Kərimli öz təəssüratlarını iştirakçılarla bölüşüblər.

“Yuğ” teatrı ilə BSU-nun uzun müddət davam edən əməkdaşlığından danışan İmran Kərimli tələbələrin teatra olan marağını yüksək qiymətləndirib.

Bildirilib ki, ali təhsil ocağında milli-mədəni dəyərlərin qorunub saxlanılması elmə verilən vacib töhvədir.

Teatr səhnəsində daim yaradıcı gənclərə ehtiyac olduğunu deyən İmran Kərimli bu istiqamətdə BSU gənclərinə hər zaman dəstək olacağanı vurğulayıb.

Sonra Şekspirin “Kral Lir”, “Romeo və Cülyetta”, “Hamlet”, “Otello” əsərlərindən parçalar BSU tələbələri tərəfindən ingilis dilində səhnələşdirilib.

Quruluşçu rejissoru Gümrah Ömərov olan səhnələri tələbələr böyük həvəslə təqdim ediblər.
Şeksprin əsərləri tələbələrin ifasında | MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031