Azərbaycanın qələbə töhfəsi MANERA.AZ

Tarix:9-05-2016, 10:15 Baxış Sayı:991

Azərbaycanın qələbə  töhfəsi MANERA.AZ
[/thumb]
Hələ heç bir zaman bu qədər çox şəxs bəşəriyyət münaqişələri tarixində bu qədər az şəxsə borclu olmamışdı.
Uinston Çerçill.

Tarixə ən dəhşətli və qanlı müharibə kimi daxil olmuş və heç bir ölkəni, şəhəri, ailəni kənarda buraxmamış bu müharibə FAŞİZM olaraq adlanan qəhvəyi taun tərəfindən başlanmış və bütün bəşəriyyətə, ədalətliyə və humanizmə qarşı yönəlmişdi. Məhz bu xəstəliyə qarşı bütün mütərəqqi bəşəriyyət, ilk növbədə SSRİ olmaqla demək olar ki bütün dövlətlər birləşdi.

O zaman bir tam olaraq SSRİ-nin tərkibinə daxil olan respublikalar Vətən sərhədlərinə hücumun ilk günündən bir tam şəklində faşizmə qarşı mübarizədə birləşdilər. Elə bir ailə yox idi ki, o ailədən kişi və ya qadın olsun könüllü olaraq müharibəyə getməsin. Ölümdən qorxmayaraq onlar döyüş meydanlarında vuruşur, qanlarının son damlasına qədər şəhərləri qoruyur, vəhşi heyvanı daxildən zəiflətmək üçün partizan dəstələrinə qoşulurdular. Uşaqlıqlarını qurban verən uşaqlar faşist ..... vurmaq üçün cəbhəyə qaçırdılar. Əsgərləri sursat və ərzaqla təmin etmək üçün arxa cəbhədə, zavod və fabriklərdə iki növbəli işləyirdilər. Bu, öz uşaqlarının işıqlı gələcəyi və bütün dünyada sülh üçün çiyin-çiyinə döyüşən keçmiş SSRİ xalqlarının böyük şücaəti idi. Azərbaycan faşist Almaniyası üzərində qazanılan qələbəyə dəyəri ölçülməz töhvə vermişdir. Respublikamızın ərazisində hərbi əməliyyatların olmamasına baxmayaraq, həmvətənlərimiz o dövrdə müharibənin bütün çətinlik və acısını yaşamışdılar. Müharibənin ilk günlərindən minlərlə azərbaycanlı könüllü olaraq cəbhəyə getdilər. Respublika ərazisindəki bütün zavod və fabriklər cəbhənin ehtiyaclarını qarşılamağa yönəldilmişdi. 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi və 15 minlik hava hücumundan müdafiə dəstəsi yaradıldı, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı atıcı diviziyalar formalaşdırıldı. Həmçinin böyük hissəsi azərbaycanlılardan ibarət olan hissə və birləşmələr, o cümlədən: 416-cı atıcı Qırmızı bayraqlı Suvorov ordenli Taqanroq diviziyası, Voroşilov adına 76-cı dağ atıcı Qırmızı bayraqlı diviziya (daha sonra Lenin ordenli Qırmızı bayraqlı Suvorov ordenli 51-ci qvardiya atıcı Taqanroq diviziyası), 77-ci Qırmızı bayraqlı Suvorov ordenli atıcı Simferopol diviziyası, 223-cü Qırmızı bayraqlı atıcı Belqrad diviziyası, 227-ci Qırmızı bayraqlı atıcı Temrük diviziyası, 271-ci Qırmızı bayraqlı Boqdan Xmelnitski ordenli atıcı Qorlovskaya diviziyası, 402-ci atıcı diviziya, 396-cı atıcı diviziya yaradıldı. Bizim həmvətənlərimiz təkcə SSRİ-nin ərazisində (Məmməd Əliyev, Məmməd İsayev) deyil, eləcə də Qərbi və Şərqi Avropa ölkələrində də (Mehdi Hüseynzadə, Hüseynrza Məmmədov, Cavad Həkimli, Həsən Əliyev, Nuru Abdullayev, Məzaim Əliyev, Əli Babayev Baba oğlu, Məmməd Bağırov Səməd oğlu, Vəli Vəliyev, Mikayıl Hüseynov, Məmməd Məmmədov, Əli Tağıyev, Mirzə Şahverdiyev Ağababa oğlu və partizan hərəkatının digər nümayəndələri) partizan dəstələrində döyüşürdülər. Azərbaycan SSR-də 130 növdən çox silah və sursat istehsal olunurdu.

Azərbaycan SSR-nin sakinləri 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl topladılar və müdafiə fonduna təhvil verdilər. Bizim dahi həmvətənimiz bəstəkar Üzeyir Hacıbəyov tank birləşmələrinin və aviasiya eskadrilyasının yaradılması fonduna 25 min rubl keçirmişdir. Bakının müəssisələri Azov limanının və digər əhəmiyyətli obyektlərin bərpasında fəal iştirak etmişlər. Müharibə illərində Bakıda və Respublikada onlarla hərbi hospital fəaliyyət göstərirdi. Rəsmi məlumatlara görə, Azərbaycan SSR-nin hospitalları bir milyon yarım sovet əsgərini sıraya qaytarmışdır. Bakının Keşlə qəsəbəsində “168” və “458” nömrələri altında kodlaşdırılmış iki aviasiya zavodu fəaliyyət göstərirdi. Fasiləsiz fəaliyyət göstərən bu müəssisələrdə UTİ-4 və YAK-3 qırıcı təyyarələri və hərbi aeroplanlar üçün xizəklər istehsal olunurdu. Bakıda həmçinin əfsanəvi “Katyuşa”lar üçün reaktiv mərmilər də istehsal olunurdu. “Katyuşa”lar üçün reaktiv mərmilərin istehsalı “metalplastmas” zavodunda həyata keçirilirdi. Azərbaycanın əsas özəlliyi neft sayılırdı. O zaman SSRİ-də istehsal olunan neft və neft məhsullarının 80%-ni Bakı neftçiləri cəbhəyə göndərirdilər. Bu, Azərbaycan neftçilərinin qəhrəmanlıq şücaəti idi («Hər şey cəbhə üçün, hər şey Qələbə üçün»). Azərbaycan Respublikasının bu üstünlüyü haqda görkəmli sovet sərkərdələri, misal üçün Sovet İttifaqının marşalı Konstantin Rokossovskiy fikir bildirmişlər: «Qorxusuz şahinlərin hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman-faşist qüvvələri üzərində hər bir qələbədə uğurun əhəmiyyətli hissəsi Bakı neftçilərinə məxsusdur»; Sovet İttifaqının marşalı Fyodor Tolbuxin: «Qırmızı ordu Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur»; Belarus Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Qleb Krasnevskiy: «Məhz Azərbaycan nefti Böyük Vətən müharibəsindəki qələbədə həlledici amillərdən biri oldu»; SSRİ Nazirlər Kabinetinin dövlət müşaviri N.K.Baybakov: «Bakılıların şanlı əməyi sayəsində sovet döyüş maşınının 75-80%-i hərəkətə gəlirdi». «Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!» şüarı altında çalışaraq, Azərbaycanın neftçiləri keçici Qırmızı bayrağı 160 dəfə almışlar, bu da o illərdə əməyə verilən yüksək qiymətin göstəricisi hesab olunurdu. Azərbaycan xalqı faşizmə qarşı müharibənin son gününə qədər qəhrəmancasına mübarizə apardı. İkinci Dünya müharibəsi zamanı hərbi qələbə və qəhrəmanlıqlara görə 128 Azərbaycanın vətandaşlarına Sovet İttifaqının Qəhrəmanı adı verilmişdir.

Tank qoşunları general-mayoru, əfsanəvi Həzi Aslanov bu rütbəni iki dəfə almışdır,onlardan 14-ü ölümündən sonra bu adı almışdır. Şimal-Qərb cəbhəsinin 180-ci atıcı diviziyasının 42-ci atıcı alayının taqım komandiri, leytenant İsrafil Məmmədov Sovet İttifaqının Qəhrəmanı adına layiq görülmüş ilk Azərbaycanlı olmuşdur. Əsgərlər, partizanlar, arxa cəbhə zəhmətkeşləri, hamı ümumi məqsəd üçün – gələcək nəsillərin azadlığı və sülh şəraitində yaşamaları üçün mübarizə aparırdı. O dövrdə Azərbaycan Sovet Ordusunun ən qüdrətli silah ehtiyatlarından birinə çevrilmiş, cəbhəyə neft və neft məhsullarının əsas təchizatçısı idi (SSRİ-də istehsal olunan ümumi həcmin 80%-dən çoxu). Döyüş əməliyyatlarında 600 000-dən çox Azərbaycanlı iştirak etmiş, onlardan 300 000-i öz həyatlarını SSRİ-nin və Avropa ölkələrinin faşist işğalçılarından azad olunması üçün qurban vermişlər. Azərbaycanın 170 mindən çox döyüşçüsü şücaət və qəhrəmanlığa görə medallarla təltif olunmuşdur. Onlardan 128-i ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Onlar döyüşdülər və qalib gəldilər. Biz öz atalarımıza və babalarımıza bizə bəxş etdikləri azadlığa və firavanlığa görə minnətdarıq. İllər, əsrlər keçəcək, biz gedəcəyik, lakin Sizin qəhrəmanlığınız unudulmayacaq, çünki sizin şücaətiniz ölümsüzdür. Qələbəyə görə Sizə təşəkkür edirik!



Tamerlan İldırım
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ