“Mәn Oda adlı teatr tanımıram" - Ramiz Məlik | MANERA.AZ

Tarix:1-10-2015, 17:08 Baxış Sayı:1003

“Mәn Oda adlı teatr tanımıram" -  Ramiz Məlik | MANERA.AZ
“Oda” Teatrının 2 və 3 oktyabr nümayiş edəcəyi yeni “Suriyalı” tamaşası birmənalı qarşılanmayıb. Tamaşanın afişası polemikaya səbəb olub.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik məsələyə sərt münasibət bildirib: “Mәn Oda adlı teatr tanımıram, heç tanımaq da istәmirәm! Bu birmәnalıdır! Milli әxlaqdan, tәrbiyәdәn, mәnәviyyatdan uzaq olan, gәnclәr arasında әxlaqsızlıq toxumu sәpәn bir teatrı qәbul edә bilmәrәm! Bu antiteatrdır! Mәn tamaşanı görmәmişәm, görmәk dә istәmirәm! Niyә görә homoseksual mövzular hәyata vәsiqә alır? Mәgәr bizi ağrıdan, daim düşündürәn, işğal olmuş torpaqlar, ac, sәfalәt içindә yaşayan insanlarımızın taleyi o teatrı maraqlandırmır! Gәnclәrdә vәtәnpәrvәrlik ruhunu yüksәldәn tamaşalar qoymaq olmaz? Gәrәk mütlәq sәhnәdә lüt qızlar, oğlanlar olmalıdır? Sәnin bacın vә ya qohumun olan bir gәnc qızı sәhnədә görmәk sәnә xoş gәlәr? Ayaz Salayevә gәlәr! Çünki o qrupun idioluqudur!”

Aktyor Əjdər Zeynalov isə məsələyə başqa cür yanaşır: “Əgər o obraz nəsə deyirsə, nəsə bir yük daşıyırsa, rejissor o obrazı elə verməklə cəmiyyətə doğurdan da vacib nəsə demək istəyirsə, onda fikir söyləmək olar… Yox, əgər o obraz heç bir yük daşımırsa, ele bele nəyinsə xairinə, nəyə görəsə ora salınıbsa onda heç nə!”

Əməkdar artist Nahidə Orucova isə bu mövzuya toxunmaq istəmədiyini deyib.

Qeyd edək ki, Oda Teatrının yeni tamaşası olan “Suriyalı” bir homoseksualın üzərindən Suriyada baş verənlər və qaçqın həyatı yaşayanların acınacaqlı həyatını göstərir. Tamaşanın premyerası 2 və 3 oktyabr saat 19:00-da baş tutacaq. Bundan öncə teatrın “MimOda 18+” tamaşası da qalmaqla səbəb olmuş, sənət adamları tərəfindən birmənalı qarşılanmamışdı. Eyni hal “Suriyalı” tamaşası ətrafında da baş verib.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ