Şuşa - Qulu Ağsəsin şeiri

Tarix:16-05-2019, 17:18 Baxış Sayı:86

Şuşa - Qulu Ağsəsin şeiri
MANERA.AZ "Ulduz" jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəsin "Şuşa" şeirini təqdim edir:

Özün dağ başına qoyan şəhərin
ayağın xan kəndi yuyurdu
kürəyinin təri
cıdırda soyuyurdu.
Girməzdi
dumanına gün işığı,
havasına çay qaşığı.
Qayaları sərxoş idi,
adamları tay-tuş idi,
küçələri tay-keş idi.
Qəbirüstü yazıları
nəğmə kimi oxunurdu,
kolda-kosda tələf olan
qurd-quşu gül qoxuyurdu.
Kim idi qalxan o boyda dağı? -
yağışdan sallanıb enirdi qonağı.
... Dağın dizləri əsdi bir may səhəri
gözünün yaşı
ayağının suyuna qarışdı şəhərin...
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ