Dərib qoxlamaram, gül orucuyam - Şeir

Tarix:8-05-2019, 21:17 Baxış Sayı:128

Dərib qoxlamaram, gül orucuyam - Şeir
* * *
Çox da ki, çəməni çiçək-çiçəkdir,
Dərib qoxlamaram, gül orucuyam.
Elə odlandırıb közüm qalmayıb-
Bir ocaq yerində kül orucuyam.

Könlümə arzular dolandan bəri,
Bircə istəyimi görmədim diri.
Şeytanın əlinə verib günləri,
Aylar tamarzısı, il orucuyam.

Yenə bürüyübdü dağlarını çən,
Torpağı tökülən qanla ölçülən.
Bütövlük istəyən bir halal Vətən,
Halallıq diləyən el orucuyam.

Ehtiram İLHAM
Dərib qoxlamaram, gül orucuyam - ŞeirБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ