Ana dilim ölən deyil - Vaqif Kəhrizlinin şeiri

Tarix:3-05-2019, 15:45 Baxış Sayı:135

Ana dilim ölən deyil - Vaqif Kəhrizlinin şeiri
Ağcabədi rayonunun Kəhrizli kəndində yaşayan şair Vaqif Kəhrizli 66 yaşında dünyasını dəyişib.

Vaqif Kəhrizli "Ana dilim ölən deyil" şeiri ilə məşhur idi.

MANERA.AZ şeiri təqdim edir:

Aylar ötür, il dəyişir,
Geden geri donən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.

Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.

Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da dilim dilim
Başqa dilə çönən deyil

Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil

Vaqif deyər, aram-aram,
Şairlikdə mən də varam.
Öz dilimlə bəxtiyaram,
Onsuz üzüm gülən deyil,
Ana dilim ölən deyil.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ