Şairlər doğulur İşıqlar kimi...

Tarix:28-04-2019, 14:23 Baxış Sayı:159

Şairlər  doğulur İşıqlar  kimi...
Dünyanın dərdləri çoxalıb nədi?
Dünyaya bir belə şairlər gəlir.
Şairlər doğulur işıqlar kimi,
Gecə işıqları yeyə bilməyir.
Şairlər yaşayıb dərdi qurtarır,
Dərdlər şairləri yeyə bilməyir.

Sözün sehrindədir şairin ruhu. Damla-damla hopur keçir. Hər oxuyan, hər qavrayan, dönür, bir də, baxır, keçir...

Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində müntəzəm olaraq kütləvi tədbirlər təşkil olunur ki, bu tədbirlər rəngarəngliyi ilə oxucuların, ziyalı qurupunun, məktəblilərin, necə deyərlər hər yaşda olan insanların hədsiz marağına səbəb olaraq yaddaşlarda iz qoyur. Belə tədbirlərdən biri də 26 Aprel 2019- cu il tarixinə planlaşdırılmışdır.

Ömür salnaməsinin 60 illik yubiley gecəsi keçirilirdi müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan, “Əməkdar Mədəniyyət işçisi”, “Rəsul Rza”mükafatı laureatı şair, publisist Qəşəm Nəcəfzadənin.
Şairlər  doğulur İşıqlar  kimi...
Bu görüş münasibətilə rayonumuza üz tutan hörmətli şairimiz ilk olaraq Neftçala rayonunun Salyan rayonu il sərhəd ərazisində yerləşən Aşağı Surra kənd məktəbində qonaq olmuş, məktəblilərlə, müəllim kollektivi ilə görüşərək hazırlanmış ədəbi kompozisiyanı dinləmiş, minnətdarlığını bildirmişdir. Şagirdlərdən Sonaxanım Nağızadə, Fərhad Nağızadə, Əminə Ağalarova, Samirə Rəhimova, Nigar Əliyeva, Nərgiz Əliyevanın söylədikləri şeirlər alqışalarla qarşılanmışdır. Daha sonra hörmətli şairimiz Qəşəm Nəcəfzadə qonaqlarla - Xalq qəzetinin əməkdaşı İlqar Həsənov, AYB-nin üzvü, şairə Nuranə Nur, AYB-nin üşvü, şairə Fərqanə Mehdiyeva, AYB –nin üzvü, şair Faiq Balabəyli, AYB-nin –üzvü, şair Elnur Uğurla birlikdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyevlə görüşmüşdür. İsmayıl müəllim şairi yubileyi münasibətilə təbrik etmiş, yaradıcılıq uğurları diləmişdir.

Mərkəzi kitabxanada şairi intizarla gözləyən tədbir iştirakçıları Qəşəm Nəcəfzadəni alqışlarla qarşıladılar. Burada şairin yubileyi münasibətilə “Şairlər doğulur işıqlar kimi” başlığı ilə kitab sərgisi təşkil olunmuş, həyat və fəaliyyətini əks etdirən buklet hazırlanmışdır. Tədbirin aparıcısı Mehriban Əbilovanın təqdimatı ilə başlayan görüş, daha sonra kitabxananın “Resurs” şöbəsi tərəfindən hazırlanmış “video-çarx” la daha da qüvvətləndi.
Şairlər  doğulur İşıqlar  kimi...
Kitabxananın direktoru Gülnarə Qasımova şairi kollektiv adından 60 –illik yubileyi münasibətilə təbrik edərək, hədiyyə və gül dəstəsi təqdim etdi.Tədbirdə kitabxananın oxucularından olan Neftçala şəhər Milli Qəhrəman Samid İmanov adına 1 saylı orta məktəbin şagirdlərindən Fatimə Kərimova, Sadiq Əliyev, Miranə Babayeva, Mirməmməd Mirələkbərli, Cavanşir Tarverdilinin söylədikləri şeir nümunələri iştirakçılar və qonaqlar tərəfindən alqışlandı.

Tədbirdə iştirak edən şair və yazarlardan Nəbi İbrahimli , İlqar Həsənov, Faiq Balabəyli, Fərqanə Mehdiyeva, Nuranə Nur, Zabil Pərviz, Cəmaləddin Əjdəroğlu, Müzəffər Məzahim, Elnur Uğur, Zərxanım Ülvi, İmamverdi Zeynalov, Fərhad Əzizov, Bədirə Rza Həsənqızı şairi təbrik edərək, can sağlığı, yaradıcılıq uğurları dilədilər. Təbriklərdən sonra Neftçala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev şairə İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin hədiyyəsini təqdim etmişdi.

Tədbirin sonunda çıxış edən sair Qəşəm Nəcəfzadə səmimi ünsiyyəti ilə demək olar ki, hər kəsin bir daha rəğbətini qazandı. 2019 –cu ildə çap olunmuş “Barış” kitabından kitabxanaya və əməkdaşlara hədiyyə etdi.
Şairlər  doğulur İşıqlar  kimi...
Şairin çıxışını maraqla dinləyən tədbir iştirakçıları onu səmimi münasibətə, fərqli mövzuda söylədiyi şerlərə görə bir daha alqışlayaraq can sağlığı, yaradıcılıq uğurları dilədilər.

Ayın üz-gözündə baxtıma baxdım,
Gün gələr mənim də açılar baxtım.
Yeyilən, içilən, danılan haqqın,
Sən kənarındasan, mən ortasında.

Qəşəm Nəcəfzadə

Bədirə NİFTALIYEVA
Neftçala rayon Mərkəzi kitabxanasının
“Metodika və biblioqrafiya” şöbəsinin müdiri
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ