May Tiçə - Mircəfər Seyiddən hekayə

Tarix:14-06-2019, 14:31 Baxış Sayı:48

May Tiçə - Mircəfər Seyiddən hekayə
Qəlbimə dolan hansı hiss idi bilmirdim. Bildiyim o idi ki, onu görməyəndə darıxırdım, görəndə isə qaçırdım ondan.

Adı Esmiralda idi. Kəndimizdə hamı birinci dəfə eşidirdi bu adı. Məktəbimizə təzə gəlmişdi. İngilis di¬lin¬dən dərs deyridi. O, öz gəlişi ilə kəndimizə təzə dil, qəribə sözlər, yeni geyim gətirdi. Uca qaməti var¬dı. Ağbəniz çöhrəsini təbəssümü daha da işıqlan¬dırırdı. Iri qara gözlərində dəniz dərinliyi vardı. Şirin ləhcəli idi. Hər sözü təbəssümlə ifadə edirdi. Saatlarla oturub qulaq asardıq ona, yorulmurduq.

Esmiralda müəllim qonşuluğumuzda, Şəhla arva¬dın evində qalırdı. Şəhla nənənin bizimlə bir nəvəsi oxu¬yurdu. Adı Nərgiz idi. O da Bakıdan gəlmişdi. Ancaq öz nənəsinin sözü ilə desək asfaltın üstündə böyümüşdü. Kəndi bəyənmirdi. Az qala hər gün səkkizinci kilometrdəki evlərindən, qonşularından danışırdı. Bir evdə yaşasalar da Esmirada müəllimədən xoşu gəlmirdi. Atasının Neft daşlarında işlədiyini, Hin¬distana getdiyini bütün kəndimiz bilirdi. Fəxr edir¬dik onunla. Kənddə Hind filmi göstəriləndə nəzərlə¬rimiz ekranda Nərgizin ata-anasını axtarırdı. Filmin nə vaxt çəkildiyini heç ağlımıza da gətirmirdik.

Bizim aynabənddən Şəhla nənənin həyəti ovuc içi kimi aydın görünürdü. Saatlarla alnımı şüşəyə söy¬kə¬yib nəzərlərimi qonşu həyətə dikərdim. Esmirada müəl¬¬limin hər hərəkətini, gülüşünü, danışığını izləyər¬dim. Onun geyindiyi ətəyi qırçınlı, uzun, mavi xalat¬dan kənddə heç kimdə yox idi. O, bu xalatda daha gözəl, cazibədar görünürdü. İstəyirdim o sinifə də be¬ləcə, uzun, mavi xalatda gəlsin. O, həyətdə, eyvan¬da görünməyəndə hirslənirdim, ürəyim titrəyirdi. Qor-xur¬¬d¬um onu bir də görə bilməyəm.

İngilis dili dərsinin başlanmasını hər dəfə həyə¬canla gözləyirdim. Ancaq, dərs başlayandan sonra onun göz¬lərindən yayınmağa yer axtarırdım. Üzünə baxmağa cəsarətim çatmırdı, qorxurdum ürəyimdən ke¬¬çənləri oxuya. Səssizcə başımı aşağı salıb oturur¬dum yerimdə. İngilis dilində cüm¬¬¬lə qurmağı, danışmağı da bacarırdım. Amma bir dəfə də olsun əməlli- başlı dərs danışmamışdım.

Bir gün axşam evə gələndə gördüm ki, o, ayna¬bənddə oturub anamla söhbət edir. Daha geri qayıt¬maq olmazdı. Ayaqlarım yerə mıxlandı. Birdən onun səsini eşitdim:
- Gəl, utanma...
Başımı qaldırmağa taqətim yox idi.
- Yamanca utancaq adam tapmısan, - deyə anam yarıciddi, yarızarafat dilləndi.
Ayağımı sürüyə-sürüyə onlara yanaşdım.
- Şikayətə gəlmişəm səndən.
Yenə onun məla¬hətli səsini, pıçıltılı gülüşünü eşit¬dim. Birdən mənə elə gəldi ki, o hər şeyi bilir. Tez bu fikri özümdən kənarlaş¬dırdım
- A bala, sənin ki, o kitab əlindən yerə düşmür, bə niyə pis oxuyursan? – Anamın səsi elə bil məni silkələdi.
- Yox ey, ay xala, elə deyil. Burda nə isə bir iş var. Niyə bütün dərslərindən “beş” alır, ancaq ingilis dilini öyrənək istəmir?
- Nə bilim ay qızım, heç bunda indiyə kimi kora¬ze¬¬hinlik olmayıb.
O anamın sözünü kəsib üzünü mənə çevirdi:
- Deməli məni sevmirsən, eləmi?
Qəfil verilmiş sualdan diksindim. Başımı qaldırıb ilk dəfə onun gözlərinin içinə baxdım. Bununla da etirazımı bildiridm.
- Hə, sevmirsən, sevsəydin mənim də dərsimə ha¬zır¬¬l¬aşardın. İndi mən ilin yekununda necə“iki” yazım sənə?
Qeyri-ixtiyari ingilis dilində pıçıldadım:
- Bilirəm müəllim, keçdiyimiz bütün dərsləri bilirəm.
Sonra dediyim sözlərdən dəhşətə gəldim. “Ax, mən nə etdim” – deyə fikiləşdim.
Onun gözləri heyrətdən böyüdü. Bir anlığa beləcə məni süzdü. Sonra dodaqlarında təbəssüm qönçələndi. Daha sonra əli ilə saçımı qarışdırıb mənə baxdı. Gül¬dü, baxdı, güldü. Gözləri yaşardı. Anam hey¬rətlə:
- Boyy, qızım ürəyin keçəcək vallah. Ay qızım, ay müəllimə…
- Qulaqlarıma inanmıram, bu ki, ingilis dilində danışır.
- Yaxşı, indi ki, siz dil tapdınız, daha mən gedim.

Anam getdi. Aynabənddə bir mən qaldım bir də o. Gülürdü, yenə bu gülüş əvvəlcə məni sarsıtdı, ürə¬yimi kövrəltdi. Yenə də mənə uşaq kimi baxırdı. Qınamalı deyildi. Axı, mən həqiqətən də uşaq idim, cə¬mi on yeddi yaşım vardı. O, qəlbimdə baş qaldıran his¬s¬lər¬dən xəbərsiz idi. Onun xətrinə ingilis dilinə aid bü-töv bir proqramı oxuyub öyrənmişdim.
- Təkrar elə, - deyə o, ingilis dilində pıçıldadı. Si¬fə¬tində bir uşaq səmimiyyəti var idi. İndi o mənə su¬yuşirin, həmyaşıdım olan bir qızcığaz təsiri bağış¬la¬yırdı. Artıq məni də gülmək tutmuşdu. İkimiz də gü¬lürdük.
- Elə bilirdim sənin məndən xoşun gəlmir, ona görə də dərsə hazırlaşmırsan, qaçırsan məndən, özü də adama baxanda elə gülməli vəziyyətə düşürsən ki, təsvir etmək çətindir.
Baxışlarımız toqquşdu. Mənə nə lazım idisə tap¬maq istədim ordan. Lakin orda təbəssümdən, səmi¬miy¬¬yətdən başqa heç nə görmədim və yəqin etdim ki, aramızdakı münasibət müəllimlə şagird arasında olan münasibətdən kənara çıxmayıb.
- Bura bax, necə öyrənmisən ingilis dilini?
Onun sualına tam ciddiyyətlə cavab verdim:
- Sadəcə, oxudum, öyrən¬dim…
O gülərək dedi: -Xaraktersən vallah, nadir xarakter.
Elə bil bir neçə anın içində bir neçə yaş böyüdüm. Hind filmlərində gördüyüm kimi onun boynunu qucaqlamaq istə¬dim. Ancaq yenə qayıdıb uşaq, onun şagirdi ol¬dum.

Onun sinifdə etdiyi bir söhbət hər dəfə yadıma düşəndə öz-özümə təsəlli verirdim. O deyirdi ki, mən sizin həm müəlliminiz, dostunuz, həm də yoldaşı¬nı-zam. Aramızda nə yaş fərqi var ki, cəmi beş yaş bö¬yü¬yəm sizdən.
Evimizdə olan söhbətdən sonra onunla münasibətimiz tamam dəyişdi. İngilis dilini bilməyimdən xəbər tutandan sonra məni nə ev¬də, nə məktəbdə rahat buraxmırdı. Elə həmin gü¬nün səhəri bütün müəllimlərə, şagirdlərə dedi ki, təzə istedad tapmışam.
Bir gün dərsdən çıxanda gördüm məktəbin qarşı¬sında məni gözləyir. İstədim görməməzliyə vuram, olmadı.
- Ey, mister.., - deyə məni səslədi.
Yaxınlaşdım. Üzümü başqa səmtə çevirib astadan dilləndim:
- Eşidirəm müəllim…
- Yox, ingilis dilində de.
O, komanda verən zabitə oxşayırdı. Məcbur olub qırıq-qırıq cümlələrlə ingilis dilində danışdım.
- Bax, belə, - deyə gülümsədi. Sonra adəti üzrə saçımı qarışdırıb mənə nəsihət verməyə başladı:
- Bura bax, məndən niyə qaçırsan. Axı, neçə dəfə deyim ki, səni görməyəndə darıxıram.
Daha nə dedi bilmirəm. Artıq nə onu dinləməyə, nə də birgə yol getməyə taqətim yox idi. Vəziyyətdən çı¬xış yolunu yerimdən götürülüb qaçmaqda, sinfi-mi¬zin oğ¬lanlarına qoşulmaqda gördüm. O isə gülə-gülə çağırırdı:
- Hara qaçırsan, ay dəli?
Özümü eşitməzliyə vurdum. Heç nə olmayıbmış kimi uşaqlara qoşuldum.
Bir dəfə də dedi:
- Bu gündən futbol oynamağı salırsan ixtisara, eşitdin... Qarşıda ciddi sınaqların var. Buraxılış, sonra da qəbul imtahanları.
Ona tərəf çönüb başımla razılığımı bildirdim. Yenə onun təbəssümlü səsini eşitdim:
- Dəlisən, vallah, dəli...Elə futbolu da dəli kimi oynayırsan...

Beləcə gizli-gizli sevirdim onu. Görməyəndə darı¬xırdım, görəndə qaçırdım, uzaqlaşırdım. O isə məni balaca, ötkəm bir uşaq sayır, oynayır, əylənir, gü¬nünü keçirirdi. Hərdən bir isə ah çəkib “təyinat müd¬dətim tez qurtarsaydı...” deyirdi. Mən isə belə vaxt¬larda ürəyimdə möhkəmcə gülürdüm ona – “Sən hələ adam-ları yaxşı tanımırsan müəllim, təyinat müd¬dətin qur¬tarsa da, dünyanın o başına getsən də səndən əl çəkəsi deyiləm” – deyə fikirləşirdim öz-özümə.
Elə bil qəlbimdəkiləri duymuşdu, hisslərimdən xəbər tutmuşdu. Hərdən bir məni imtahana da çəkirdi.
Bir dəfə ikilikdə dərs hazırlayırdıq. Evdə bizdən başqa heç kim yox idi. Şəhla nənə Nərgizlə birlikdə rayon mərkəzinə getmişdi. O, həmişə olduğu kimi uzun, ətəyi qırçınlı mavi xalatını geyinmişdi. Dərslərimi qurtarandan sonra başımın üstünü kəsdirib məni “Romeo və Cülyetta”nı orijinal¬dan oxumağa məcbur edir, ara bir səhvlərimi düzəldib özü oxumağa başlayırdı. Onun ilıq nəfəsini saçlarım¬da hiss edir, əllərinin təmasını, bu təmasdan doğan hərarəti qolla¬rımda, çiyinlərində duyurdum. Birdən o, adəti üzrə əli ilə saçımı qarışdırdıb məndən uzaqlaşdı, qa¬pıya çatar-çatmaz gözləmədiyim halda dilləndi:
- Bilirsənmi Şekspir özündən neçə yaş böyük qadınla evlənib?
Bu sualdan doğan heyrət məni çaşdırdı. Gözlərimi geniş açıb təəccüblə ona baxdım. Gözlərinin dəniz dərinliyində iradə kəməndinə yatmayan, şıltaq bir qız ehtirasının qığılcımlarını gördüm.
- Yeddi, - deyə o, təbəssümlə öz sualına özü cavab verib otaqdan çıxdı.

Mənim uşaq ağlım artıq dumanlanırdı, hiss edir¬dim ki, bu yaxınlığa, bu təmasa, ünsiyyətə dözə bil¬mə¬yə¬cəm. Durub elə pəncərədəncə özümü bayıra atıb qaçmaq, Evimizin və məktəbin yaxınlığındakı meşəyə getmək, ordaca qal¬maq, gecələmək istəyirdim. Axır vaxtlar bu meşə yaman çəkirdi məni özünə. Həmdəmim yalnız bu bölgədə bitən nadir saqqız ağacları idi. Dərdimi onlara deyirdim, ürəyimi onlara boşaldır¬dım. Ağaclar sanki məni duyur, halıma acıyır, damla-damla göz yaşı axıdırdılar. Qəribə olurdu bu ağac¬ların ağlamağı.

Kəndimizdə hamı onu bəyənmirdi. Xüsusilə qadınlar. Hər sözünə, hərəkətinə diqqətlə fikir verir,nöqsan qüsur tapmağa çalışırdılar. Onlar axırda and-aman edib bir-birlərini inandırmağa çalışırdılar ki, guya Esmiralda müəllimə nasrannıdı.
Bir dəfə dərs zamanı uşaqlardan kim¬sə uca səslə dedi: - Müəllim, arvadlar dünən bulağın başında sənə nasrannı deyirdi.
Hamımız sus¬duq. bu qəfil, yerinə düşməyən sözdən dik¬sin¬dik. Sinif yoldaşımızın İri başı, ağarmış çöhrəsi, sallaq ovurd¬ları onu ağ turpa bənzədirdi. Dedik indi tufan qopacaq. Esmiralda müəllim sinif yoldaşımızı sorğu-suala tuta¬caq, onu di¬rek¬torun ota¬ğına aparacaq, valideynini çağırtdıracaq. An¬caq heç də biz gözlədiyimiz kimi ol¬madı.
- Nə olar ki, deyirlər deyirlər də…-deyə o, gülümsədi.
Uşaqlardan yenə kimsə dilləndi:
- Nasrannı nə deməkdir, müəllim?
- Nasrannı – o ani olaraq fikirləşdi. Sonra sözünə davam edərək: - Nə bilim, yəqin inostrannı sözünün təhrif edilmiş formasıdır. Yəni xarici… Sizin kənddə qaydadır. Rus sözlərini elə qəşəng təhrirf edib yeni söz düzəldirlər ki, adam məəttəl qalır. Billur qablara zəqrəniş dedikləri kimi. Yəni xaricdən gətirilmə…
Yenə hamımız güldük. Uşaqlardan kimsə yerindən dedi:
-Müəllim elə doğrudan da xaricilərə oxşayırsınız.
Sinifdə xoş bir əhval-ruhiyyə yarandı. Dərs ilinin başa çatmasına sayılı günlər qaldığından hamımız şənlənmək, deyib gülmək istəyirdik.
-Müəllim o sözü sizin adınıza uyğunlaşdırıb elə deyirlər. Niyə adınız Esmiraldadı?..
Uşaqlardan kiminsə verdiyi bu sualı da o təbəssümlə qarşıladı:

-Özüm ingilis dili müəllimi olsam da adım fransızcadır. Viktor Hüqonun məhşur “Paris Notrdam kilsəsi” əsərindən götürülüb. Atamın yaxın qohumu və dostu olan bir ədəbiyyat müəllimi verib bu adı mənə.. O dövrdə də, elə indi də xarici adlara bir həvəs, maraq var. Müasirlik xatirinə bu adı seçiblər. İndi həsrətini çəkirəm milli, xüsusilə, dini adlarımızın… Adım Esmiralda olsa da özüm heç kimi sevmirəm. Mən öz peşəmin,işimin vurğunuyam.Mən sizi, öz millətimin övladlarını sevirəm… Əlbəttə, insanın həyatında daşıdığı ad da önəmlidir. Fatimə, Nisə, Zəhra, Zeynəb, Tükəzban adları niyə vaxtı ilə pis gürünüb zyalılarımızın gözünə bilmirəm. Elə çox istiyərdim ki, adım Fatimə olsun, daha Esmiralda yox. Neyləyim. Ad mənlik deyil. Yəqin ki, bu ad mənə veriləndə qışqırıb ağlamışam. Anam deyir ki, uşaq vaxtı yaman ağlağan olmuşam. Evdəkilərin hamısını narahat eləmişəm.Yəqin qışqırmışam ki, mənim adımı niyə Fatimə, Zəhra, Nisə, Kövsər, Zeynəb, Xədicə, Məsumə, Ruqəyya yox, Esmiralda qoymusunuz.

Sinifdə yenə xoş əhval-ruhiyyə yarandı..Adı çəkilən əsəri oxuyacağıma daxilən qərar verdim.
Yenə onun şıltaq səsi eşidildi:
-Ancaq çox xahim edrəm ki, mənə xarici kimi baxmayasınız. Mən də sizin tək kənddə böyümüşəm. Xəzərin sahilində.
Hamımız heyrətləndik.Bir neçə nəfər xorla dilləndi:
-Bəs biz elə bilirdik siz bakılısınız?..
-Bəli bakılıyam. Əsl bakılı. Xəzərin sahilindəki Bakı kəndindən
-Müəllim Bakıda kənd də var?..
-Əlbəttə var.Orda da taxıl əkir, bağçılıqla, bostançılıqla, gülçülüklə, balıqçılıqla məşğul olur,mal-heyvan saxlayırlar.. Bizim kəndin qərənfilləri bütün Rusiyanı bəzəyir.

Heç kimin inanmağı gəlmirdi. Elə bilirdik təyinat müddəti qurtardığı üçün bizimlə zarafat edir. O bunu hiss edib. Fikrini təkrarladı:
-Bəli, bəli, kənddə, Xəzərin sahilində böyümüşəm. At çapmağı da, mal-heyvan otarmağı da, üzməyi də sizdən yaxşı bacarıram. Kəndimizdən metro stansiyasına avtobusla iyirmi dəqiqəlik yoldur. Kənddən çıxıb yarım saatdan sonra Bakının istədiyim yerində olurdum.
Gözlərimizi qırpmadan, nəfəsimizi dərmədən ona qulaq asırdıq.Son iki ildə ilk dəfə idi ki, belə söhbət dinləyirdik..O, heyrətləndiyimizi görüb şiddəti daha da artırdı:
-Bir neçə həftədən sonra siz məktəbi qurtarırsınız, mənim də təyinat müddətim başa çatır. Ona görə də iki ildə qəlbimdə gizlətdiklərimi açıb söyləyirəm.Hə,içərinizdə kim cəsarətlətlidirsə çıxsın irəli döyüşək.

Heç kim dillənmədi. Bir neçə an yenə heyrət və təəccüblə ona baxdıq. Sonra bunun bir zarafat olduğunu hiss edib ucadan güldük.
-Yox, yox zarafat eləmirəm.Heyif ki, Bakıda görüləsi işlərim çoxdur. Mən də təhsilimi aspiranturada davam etdirmək istəyirəm. Yoxsa kənddə qalıb sizə çaparların necə at çapmağını da, üzgüçülüyün növlərini də öyrədərdim. Hələ heç karate ilə məşğul olduğumu demirəm.
Qızlardan kimsə yerindən dilləndi:- Karate nədir müəllimə?..
-Siz bilməzsiniz. Uşaq vaxtı evcik-eçik oynamaqdan başqa nə öyrənmisiniz ki…Yapon güləşidir, Həmin güləş növü üzrə sizin ləhcənizlə desəm, qayışım da var.
Yenə hamımız ucadan güldük. O, isə coşqunluqla söhbətini davam etdirdi:
-At çapmaq üzrə isə gənclər arasında respublika yarışının içtirakçısıyam. Üzgüçülük üzrə də dərəcəm var. Kənd ağsaqqalarından utanmasaydım yayda mən də oğlanlara qoşulub kanalda üzməyə gedərdim.

Yenə sinifdə xoş ovqat yarandı. Müəllimin ürəyi açılmışdı. Demək, gülmək, əylənmək istəyirdi. Bir neçə gündən sonra dərslər qurtaracaq, imtahanlar başlayacaq, ingilis dili müəllimi kəndi tərk edəcəkdi. Elə bu günkü səmimi rəftar, danışıq da bununla bağlı idi. O, əylənməkdən doymurdu. İki il qəlbində gizlədiklərini bu gün tərəddüt etmədən danşırdı.
-Hə, bir neçə gündən sonra sizdən ayrılacam. Ona görə də belə açıq, səmimi danışıram. Axı, siz daha uşaq deyilsiniz, müstəqil həyatın bir addımlığındasınız. -Deyə yenidən danışmağa, bizi də özünü də əyləndirməyə başladı:
-Anam and içib ki, Bakıya qayıdan kimi məni pirə apacaq, açıq-saçıq geyinməyi tərgitdirəcək. Mənim üçün. Kərbəladan möhür, Məşhəddən hicab, İstanbuldan təsbeh, Mədinədən, Qahirədən, Dəməşqdən simvolik əşyalar, Dubaydan qızıl-zinət əşyaları, Qətərdən mirvari gətizdirib. Deyir adını da dəyişib qoyacam Fatmanisə. Biz yenə güldük. Elə bildik bu da bir zarafatdır.

-Gülməyin,- deyə o ciddiləşdi.-Siz mənim anamı yaxşı tanımırsınız. İnanırsınız həyatını qoyub bu yolda. Ali təhsilli müəllimdir. Quranı mollalardan yaxşı oxuyur. Mənə də, qardaşlarıma da öyrədib.Deyir ki, bütün dünyaya sübut edəcəm ki, bir vaxtlar siz güldüyünüz, lağ etdiyiniz fatmanisələr. tükəzbanlar, zeynəblər o qədər də aciz deyil. Məqsədi məni Fatmanisə kimi bütün dünyada məhşurlaşdırmaqdır. Mən Fatmanisə kimi aspiranturaya qəbul olub ingilis dilinin qramatikasından elmi iş yazmalı, ərəb, fars dillərini mükəmməl öyrənməli, üzgüçülük, at çapmaq, karate üzrə dünya çempionu olmalıyam. Bütün dünya da mənim-Fatmanisə adlı bir azərbaycanlı qızının qəhrəmanlığından danışmalıdı. Hələ ürəyindən qılıncoynatma yarışlarında iştirak etməyim də keçir. Burdan gedəndən sonra olacam möminə xanım. Hicablı alim, çempion titulu qazanacam. Özü də bir yox, bir neçə növ üzrə. Təki kənddə desinlər ki, halal olsun Zeynəb xanıma, gör necə qız böyüdüb.Mənim vasitəmlə bütün dünyaya sübut eləməyə çalışır ki, Fattmanisə dünyanın heç bir qadınından aciz deyil. Elə bu xasiyyətinə görə həyatda ən çox sevdiyim insan anamdı. Bir təhər başa salmışam ki, bir sahə üzrə məhşurlaşsam bəsimdi. Gücüm çatan qədər onun arzusunu yernə yetirməyə çalışaçam. Ən azı, bir sahə üzrə məhşurlaşıb onun istəyini yerinə yetirəcəm.

Artıq buraxılmış imtahanlarını vermiş, orta mək¬təbi bitirmişdim. Özümü sərbəst, azad hiss edirdim. Ali məktəbə qəbul olacağıma nə müəllimlərimin, nə də özümün zərrə qədər də şübhəm yox idi. Özümü hələ üzünü görmədiyim Bakıda, hiss edirdim. Onun təsvir etdiyi Xəzəri, onun sahilindəki evlərini xəyalımda canlandırırdım. Dəniz kənarında kəndin olması, bizdəki kimi orda da mal-heyvan saxlanıldığını təsəvvür edə bilmirdim. Mən əvvəllər elə bilirdim ki, Xəzərin sahilində kənd yoxdur. Hər yer şəhərdir. Onun ata və anasının heyvandarlıqla məğul olduğunu özündən eşidəndə doyunca gülmüşdüm.

Mənə elə gəlirdi ki daha hər sözü ona demək olardı. O məni dinləməli, ürəyimin səsinə qulaq asmalı idi. Ancaq yenə özümü cəmləyib bir kəlmə də olsun ona istədiyim sözü deyə bilmirdim. O isə əksinə mənim sərbəst hərəkət etmə¬yim üçün həmişə şərait yaradırdı.
Bir dəfə ona saqqız ağaclarının ağlamasından da¬nış¬¬dım. Maraqlandı. Uşaq təkidi ilə ayaqlarını yerə döyüb “məni də meşəyə apar” – dedi. Evimizin yaxınlığında Saqqız ağacının kölgə¬sində yamyaşıl, xalı kimi çəmənlikdə oturub saqqız ağacları barədə söhbət edirdik. Botanika müəllimimizin dediyinə görə böyk kola bənzəyən bu ağaclar Qafqazda yalnız bu bölgədə bitir. Yapışqanı çox olduğuna görə elmi ədəbiyyatda da saqqız ağacı adlandırılır. Ancaq ağaçın bu yapışqanı saqqızdan daha çox onun göz yaşlarına bənzəyirdi. Adama elə gəlirdi ki, yarpaq açanda sevincdən ağlayır. Bu göz yaşlarını kədərə də, nakam eşqə də bağlayanlar var var idi. Sanki bir nağıl idi, əfsanə idi bu saqqız ağacları. Kənd uşaqları ağacın bu göz yaşlarından saqqız da düzəldib çeynəyirdilər. Mən isə yox. Bu yapışqana ağacın göz yaşları kimi baxırdım. Bildiklərimi ona danışanda kövrəldi. Ağaca diqqətlə baxıb doluxsundu.”Sən düz deyirsən bu yapışqan saqqızdan daha çox ağaçın göz yaşlarına oxşayır. Bu göz yaşlarını niyə çeynəyirlər ki, saqqızmı yoxdu.”-Dedi. Sonra xəyallardan ayrılıb gülümsədi:
- Əşi, elə süni saqqızlardansa bu yaxşıdır. Gəl sınaqdan keçirək.
Onun sözündən çıxa bilmədim...

Acımtıl idi. Ancaq saqqız kimi rahat çeynəmək olardı. Hər ikimiz dodaqlarımızı büzə-büzə ağacın göz yaşlarını çeynəyib gülümsədik. Söhbətimizin mövzusu dəyişdi. Daha doğrusu, o danışır, mən qulaq asır¬dım. Birdən o mənə tərəf çevrilərək:
- Nə olub, özünü pis hiss edirsən?
- Yox, - deyə özümü yığışdırdım.
- Necə yəni yox, - deyə o gülümsədi. Sonra əlavə edərək:
- Ürəyinin döyüntüsünü kənardan hiss edirəm. Bir dayan görüm...
O, əlini ürəyimin üstünə qoyub həkimlərə məxsus bir əda ilə susmaq işarəsi verdi. Kipriyimi qırpmağa belə cəsarət etmirdim. Bu göydəndüşmə səadətin tə-ma¬sından bir an artıq məst olmağı qənimət sayırdım.
Bir axşam o, məni yanına çağırıb dedi:
- Sabah gedirəm...
- Mən də gedirəm, - qeyri-xitiyarı dediyim bu söz¬dən o da diksindi, elə mən özüm də.

- Axı sən ağıllı oğlansan, elə deyilmi, - o bu söz¬ləri deyib yenə saçımı qarışdırdı. Bir anlığa kövrəldi. Doluxsundu. Sonra yenə qayıdıb özü oldu.
-Ünvanı dəqiqliklə verəcəm anana. Tək sizə yox, Bakıya gəlmək istəyən hər bir şagirdimə. Gələrsən, istədiyin qədər qalarsan. İki mərtəbəli, səkkiz otaqlı evimiz var. Fermamız, parnikimiz, bağımız, bostanımız, qayığımız da öz yerində.. Qorxuram ki, atamla bir dəfə söhbət edəndən sonra ali təhsil almağın daşını atasan. Sənin və ailəniz haqqında evdə danışmışam. Atam sənə öz təsərrüfatını göstərəndən sonra kənd məktəbində quru maaşa işləyən müəllim dostları ilə də tanış edəcək. Əyani surətdə sübut edəcək ki, bacarıqlı adam ali təhsilli müəllimlərdən yaxşı yaşayır. Bu da onun xarakteridi. Səni də başdan çıxarıb ya istizanada, ya fermada işlədəcək, ya da qayıqla balıq tutduracaq. Pul qazanmağın yolunu öyrədəcək. Özü mənə tapşırıb ki, kənddə əlinə keçən qoçaq uşaqlardan gətir burda işləsin. Yaxşısını qardaşlarım edir. Atamın yanında işləməməyin dərdindən aylarla gedib qalırlar Moskvada. Bakıdan gedən güllərin çoxunu onlar qəbul edib öz dilləri ilə desək əridirlər. Arvad-uşaqları qalıb kənddə çığıra-çığıra. Telefonla zəng edib çağıranda da ordan qışqırırlarki, “Noolubey, nöş darıxırsınız, gələciyik də, keyfdə deyilik ki,çörək qazanırıq də sizin üçün... ” Əslinə baxsan elə kef eləmək üçün Moskvada qalırlar.

Onun dedikləri qətiyyən məni maraqlandırmırdı. Özü və ailəsi haqqında verdiyi son xasiyyətnamə barədə bir qədər düşünsəm də qərarım qəti idi. Nə gülçülük, nə heyvandarlıq, nə də balıqçılıq mənlik deyildi. Daha doğrusu heç kim məni nə xoşaxoşluqla, nə də məcburən təhsil almaqdan yayındıra bilməzdi. Heç valideynlərim də razı olmazdı. Ancaq nə onun anasının dindarlığı, nə atasının işgüzarlığı, pul qazanmaq həvəsi qəlbimdə yenicə çatılmış məhəbbət atəşini söndürmək iqtidarında deyildi. Bütün vəziyyətlərdə onu sevməyə, ömrümü məhəbbətimə həsr etməyə hazır idim. O bir az da danışıb etiraf etdi ki, yorulub, dincəlmək istəyir. Daha mən onun yanında dayana bilməzdim. Küskün, şıltaq bir hərəkətlə evə tərəf qaçdım.

Səhər mən yuxudan duranda gec idi. Anam dedi ki, Hələ hava işıqlanmamış Şəhla arvad müəllimi maşınla yola sal¬dı. Aynnəbəndin şüşəsinə alınımı söykəyib Şəhla nənə¬nin həyətinə baxdım. Elə bu vaxt həyətdə mavı xa¬latlı bir nəfərin olduğunu gördüm. Gözlərimi ovuş¬durub bir də baxdım. Mavi xalat həyətdə hərlənirdi. Tələsik pillələri endim. Darvazanı açıb qonşu həyətə daxil olanda mavı xalat elə bil qeyb oldu. Həyətin orta¬sında hərəkətsiz dayandım. Qapı açıldı. Mavi xa¬lat məhəccərli eyvana çıxdı.
- Sabahın xeyir, - deyə onun xalatını geyinmiş Nərgiz məhəccərə dirsəklənib gülümsədi.
Başımı tərpədib onun salamını aldım. Qayıdıb getmək istədim. Nərgizin səsini eşitdim:
- Gecikmisən...

Gülürdü. Elə bil Esmiralda müəllimin getməyinə sevinirdi. Mənə elə gəldi ki, burda bir az da lən¬gi¬səy¬dim Nərgiz çırtıq çalıb oynayacaq, dəcəl uşaqlar kimi “yaxşı oldu getdi, yaxşı odlu getdi” deyib məni əsəb¬ləş¬dirəcəydi. Geri dönüb darvazadan çıxdım. Paltarımı dəyişib, hazırladığım çantamı götürüb, anamla, atamla qardaş və bacılarımla sağollaşıb Bakıya getməyə tələsdim. Taleyimin, gələcəyimin, təhsilimin, işimin, həyatımın arxasınca…

Mircəfər SEYİDБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ