Daş olan ağladı - Çiçək Mahmudqızı yazır

Tarix:13-09-2018, 14:58 Baxış Sayı:571

Daş olan ağladı - Çiçək Mahmudqızı yazır
...Səninlə bir payız günündə tanış olmuşdum. Həmin gündən bir xəzinə tapmışdım. Dünyanın ən varlısı, ən güclüsü sanırdım özümü. Sənin kimi dostu olanın dünyada nə dərdi olardı ki? Üzümü hansı tərəfə çevirsəm səni qiblə kimi görürdüm ...

...Bir payız günündə də “ölüm” xəbərini eşitdim...Dünyanın kimsiz-kimsəsiz bir bəndəsinə çevrildim, ləli-gövhərini itirib küçələrdə hər kəsdən bircə xoş kəlməni də qənimət bilib, təsəlli üçün onu eşitməyə gözü dodaqlarda , sözü varaqlarda qalan tənha bir yalqıza döndüm. İlk dəfə sənin “ölüm” xəbərini eşidəndə ölümün nə rəngdə olduğunu bildim. Dünya gözümə sönmüş, çökmüş, bomboz“ölüm” rəngində göründü. Həmin gün hər şey-- ot da, gül də, ağac da, daş da gözümdə “ölüm” rəngində idi. Hər şey ağlayırdı mənim könlümdə, dədə, ağac da, gül də, çiçək də,quş da...bütün dilsizlər dil açmışdı mənim içimdə...

Yayın üzü soyuqdu
Payız tələsdi yaman,
Bir xəbərin yerinə,
At oynatdı ah-aman.

Çilik-çilik sükutun,
Səsi könül qanatdı,
Bu ağrının havası
İçimizdə don atdı.

Uçunmaq uçmaq deyil,
Qan sızdı dan yerinə,
Ölümünü geyindi,
Agaclar don yerinə...


(şair Nurafizdən həmin günə bir xatirə)

(Nurafiz Hüseynovdan bu şeiri alanda ürəyim daha da paralandı. Dedim sən ki, güclu yazansan, Nurafiz, noolar elə yaz ürəyimin qanı tökülsün şerinə, bu məni ovutmur axı...)
Dünyanın yaraşığı səniydinmi ki, ay Allah adamı? Səniydinmi bəzəyi, naxışı bu nimdaş dünyanın? Yoxsa niyə solurdu bu dünya bu qədər, arxadaş...
İlk dəfə sən öləndən sonra bildim dost itgisi nədir. İndi başa düşdüm ki, Məmməd İlqar Ağamalı Sadiq Əfəndinin adı gələndə niyə için-için ağlayırmış, Məmməd Dəmirçioğlu Akif Səməddən, Ağamalı Sadiqdən danışanda niyə qəhər boğurmuş. İlk dəfə sən öləndən sonra bildim dost ölümü nə dadır...Nə acı, nə şirin dərdmiş, arxadaş...Sən öləndən sonra ölümü də sevməyə başladım...Səni çox ağladım, çox üzüldüm, Allahımdan səbr diləmədim özümə, bildim bu işim heç Tanrıma da acıq getməz, çünki sənin ölümün sıradan birinin ölümü kimi adi deyildi ki, məni yandırmaya
...Ağladıqca sevdim səni, yandıqca gəzdim səni, göynədikcə gözlədim səni...Gözüm yollarda, qulagım səsdə qaldı, arxadaş, gəlmədin...Gəlmədi səsin gəlmədi...Sən ki, bu qədər daş ürəkli, insafsız deyildin, bəs mənə necə qıydın...Necə qıydın mənim göz yaşlarıma, dədə...Hər gün hamıdan gizlicə xəlvətə çəkilib səni ağladığımı bilərmisən?... Sənə çox sevdiyin dostun Akif Səməd dilinnən bir ağı yollasam eşidərmisən?...

(Mənimlə ilk tanışlığın da Akif Səmədə həsr etdiyim verlişdən sonra olmuşdu, deyəsən, o qədər içdən gələn səmimi sözlər dedin ki, doğursu özüm-özümü tanımadım ki, mən bu sevgilərə həqiqətən layiqəmmi? Dedin, bütün verlişlərini izləmişəm youtubda, səni çoxdan axtarırdım ürəyimdəki sevgilərimi bildirməyə,sağ olsun Həmid Ormanlı verdi telefonunu mənə...—Səsin hələ də qulağımdan getmir, beləcə dostlaşdıq, doğmalaşdıq, və bir gün də...)

Könlümə baxdım görmədim,
Əfəndim, xocam, hardasan?
Ömür binama hörmədim,
Yüksəyim, ucam hardasan?

Bir dağı aşıb qalmışam,
Eşqə yanaşıb qalmışam,
Yollarda çaşıb qalmışam,
Ələməm,xaçam hardasan?

Eşqlə sərsəri gəzirəm,
“ Mən” dən içəri gəzirəm,
Adəmdən bəri gəzirəm,
Buddayam, hacam hardasan?

Akifəm qəlbimdə ahım,
Qoy ahım olsun pənahım,
Bilmirəm nədi günahım,
Ay məndən qaçan,hardasan?


...Hardasan,məndən gedənim, hardasan? Tək bircə yol yuxuma gir, o səbri özün ver mənə. İlıq, həlim səsinlə bircə yol telefon aç---Necəsən, mənim bacım, ağlayan sənmisən? Bir də səni belə gözü yaşlı görsəm sənə zəng vurmayacam, bir də mənim səsimi eşitməyəcəksən—de...De, Allah eşqinə de, mən sənin yoxluğuna dözəmmirəm axı, arxadaş. Bildinmi bunu, duydunmu bunu, əyan oldumu sənə görəsən, sənin yoxluğuna mən qədər çatlayan olmadı, heç özüm də bilmirdim ki, səni bu qədər sevirmişəm...Təkcə mənəmmi səni bu qədər sevən? Gör Tanrının necə bəndəsisən ki , sənin dünyalar qədər sevdiyin müəlliminin xanımı öləndə sənin ayaqların altda dəfn olunmağı vəsiyyət edir... Niyə ki? Sənin ayaqların altı bu qədərmi müqəddəs bir yer, qardaşım? Nursan, işıqsan, ocaqsan, pirsən, birsən, kimsən, sən, ay Allah adamı, kimsən könlümüzü beləcə özünlə aparmısan?...

Daş olan ağladı - Çiçək Mahmudqızı yazır

...Hər yerdə gözüm səni axtarır, kimdən səni soruşuram köks ötürür, mənə toxtaqlıq verir,mənə baş sağlığı verirlər. Niyə ki? Mən sənin kiminəm ki? Səni tanımağımın da bir uzun ömrü yox, çox kiçicik bir zaman kəsimi ...Elə bil min illərdi səni tanıyıram, elə bil bir ananın balasıydıq. Məni mənə çox tapşırırdın,arxadaş, ”özünü qoru”- deyirdin, “sən çox gərəkli adamsan, qız, sən özünü görə bilmirsən, sən bizə, bu xalqa gərəkli insansan”—deyirdin...Mənsə səni elə bilirdim...bütün ölkə itirdi səni, bu xalq, bu millət itirdi səni, doğmaların dostların itirdi səni... Kim necə qəbul edir bu yoxluğu bilmirəm, eldən getdin, evdən getdin bilmirəm, amma onu bilirəm ki, sən məndən getdin,arxadaş, məndən ,mən ”sən” adlı məni itirəndən özümü heç yerdə tapammıram, məni məndən alıb gedənim...Səndən sonra heç nəyin dəyəri yox gözümdə...

Səninlə bağlı içimdə o qədər xatirələrim yatır, yazdıqca çözələnirəm, hər xırdaca xatirənin dalınca düşüb, İncə Dərəsi boyunca qaçıram, səsini, nəfəsini gəzirəm...İncə günlərində arxamda uşaq kimi tüyünürdün, elə narahat idin, Türkiyədən bağlantını qoşub Maksut Fəryadinin “layla”sını eşidəndən sonra rahatlaşdın elə bil...(İncə günlərində işimizin uğuruna çalışan, hər an narahatlıq keçirən, mənimlə bərabər sevinən,uşaq kimi məsum gülüşünü,nurlu simanı unudammıram axı, mən ölmüş)... Gəlsin ,Maksudun gəlsin, Günay Yıldızın gəlsin göz yaşını yaşıma, laylasın laylama qatsın, “ahımdan fələklər oyansın”, qardaşım...
( Həmin gün Maksut Feryadi Türkiyədən zəng vurdu—Çiçək xanım, bu gün sənin yazını oxudum fb-da, Allah eşqinə,deyərmisən bu xəbər yalandı,nolar, Çiçək xanım, yalvarıram sənə--...Göz yaşım məni boğdu...güclə 2-3 cümlə deyə bildim...

--Dedim, yox,deyəməm, Maksut, deyəməm,aldada bilmərəm səni, qardaşım...getdi dostumuz,səndən, məndən getdi,indi doyunca ağla, Maksut Fəryadi istər sazınla,istər sözünlə boşalt ürəyini ürəyimə, qardaşım... )

ELÖFSET OSMANLI ADLI BİR DÜNYAMI itirdim...

ELÖFSET

Bu nece getmektir veda etmeden?
Vaxtsız oldu, gediş vaxtın Elöfset.
Qardaş deyib, qardaşlığı tutmadan,
Bes niye sözünden çıxtın Elöfset.

Xeberini aldım yaxıldım,yandım
Kekeledi dilim,tutuldum,dondum,
Göy qubbe ikiye yarıldı sandım,
Sen menim dünyamı yıxtın Elöfset.

Şah dağının irisiydin o tayda,
Gözlerimin birisiydin o tayda,
Üreyimin yarısıydın o tayda,
Meni niye tek bıraxtın Elöfset


Gedirsen get neynim,get güle, güle,
Qoy menim feryadım qarışsın yele,
Bu vaxtsız, vedesiz gedişin ile,
Sen meni yandırdın, yaxtın Elöfset.

Maksut’um, bu yaram tezedir, teze,
Ağrısı, acısı tökülmür söze!
Neynim gardaşlığı çox gördü bize
Menim şansım, senin bextin Elöfset.


Seni hiç unutmayacağım eziz qardaşım,üreyimin yarısı..(M.F)

...Səsin gələndə torpağım-daşım gülərdi, səsin gələndə can verən ruhuma can gələrdi, ürəyim açılardı, bəlkə nə qədər danışıb dərdləşərdik. Bu dünyada beş-üç dostumdan biriydin ki, saatlarla danışmaqdan doymurdum səndən, çünki ruh adamıydın, könül adamıydın, ağırtaxtalı, salğarlı-sanballı kişiydin, hər şeyin yerini bilən, hər şeyi göydə tutan arifiydin, aqiliydin, müdrikiydin, bir sözlə, bütün dəyərlərinlə mənim özümüydün, mən elə sən olan “Mən”i itirdim, arxadaş...

... Nə şirinmiş adın sənin,nə şirinmiş dadın sənin, səsin sənin, ölümün sənin...

Ağladıqca sənə daha da yaxınlaşıram,yandıqca səni daha çox sevirəm, uzaqllaşdıqca sənə daha çox yaxınlaşıram, bilmirəm hansı mələyin qucağında uyumusan...Endirə göylərdən səni, mənə görüş verə səsini eşidəm,gülümsər çöhrəni görəm...Səsin, zəngin gəlmədikcə ölümün mənçün gerçəkləşir, indiyəcən inanmırdım ölümünə...Hamıya, bütün dostlara deyirdim...Öldü deməyin noolar, (Akif Səməd demiş:)

Görsəniz yoxam deyin,
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar,
Akif yatmağa getdi...


Öldü deməyin,dostlar, Əlövsət Osmanlı da yatmağa getdi...

Mövlanalar öləndə bizi ağlamayın, deyirdilər, deyin, gülün, bayram edin, çünki biz Allahımıza qovuşuruq, deyirdilər...Əslində sənə də qismət olan o mübarək gündü...Yalnız Tanrının sevimli bəndələri sənin kimi quş tək uçar,çox şərəfli bir ölüm qismətlərinə düşər...

Hz.Peygəmbər(ə.s.ə) isə üç şeyin qəbir evinə qədər getdiyini deyirdi:
Ailəsi, malı, əməli. Bunlardan ikisi dönər, birisi qalar.Dönənlər ailəsi və malı, qalan isə əməlidir—deyirdi.

Sənin də gözəl ailən,ziyalı övladların və çox mübarək əməllərin qaldı bu xalqa, millətə...Hərənin yaddaşında bir cür yaşayacaqsan, Əlövsət Osmanlı...Mənimsə yaddaşımda salğarlı-sanballı, ağır taxtalı bir türk kişisi, ağıllı, kamallı, yüksək elmə, biliyə, zəkaya malik bir alim, ən yüksək rütbəli insanlarla döş-döşə gəlib sözü mərdi-mərdanə demək cəsarəti olan ötkəm bir ziyalı, heç kimə əyilməyən, halal çörəkli, düz ürəkli bir insan, hədsiz nəvazişi, təmannasız mərhaməti ilə bir ovuc torpaq olan dost, dərdimizə -sərimizə şərik sirdaş, sevincimizə, uğurumuza sevinən və qanad açıb uçan mələkmisal uşaq, hər zaman məsləhət və güvənc yerimiz,nur, işıq, ocaq ,inanc yerimiz olan, pir kimi qalan Əlövsət Osmanlı...O dünyada övliyalara, peyğəmbərlərə yoldaş olasan, mənə “ölüm” ün üzünü göstərən və dadızdıran Qardaşım...

Əlövsət Osmanlı İncə günlərində--2013Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ