Sahibsiz kölgələr - Romandan parça

Tarix:28-06-2018, 15:12 Baxış Sayı:86

Sahibsiz kölgələr - Romandan parça
Manera.az yazıçı Sadıq Qarayevin "Sahibsiz kölgələr" romanından parça təqdim edir:

Sonralar Nadejda bu evi Orantla görüş yeri kimi istifadə etmişdi. Orant Harutunyan Qarabağdan, Xocalıdan olan azərbaycanlı uşaqlardan bura gətirmiş, Nadejdanın gətirdiyi həkim onların daxili orqanlarından çıxararaq, özü ilə aparmışdı. Axır vaxtlar Orant Harutunyan bura Ermənistandan aclıqdan, səfalətdən qaçıb, Rusiyanın böyük şəhərlərinə gələn erməni ailələrindən olan uşaqlar da gətirmişdi. Erməni uşaqların daxili orqanlarını onları öldürmədən, narkoz verməklə çıxartmağı tapşıran Orant, bununla öz milli qeyrətinə təsəlli vermişdi. Azərbaycanlı uşaqlar isə dəhşətli ağrılar içərisində dünyasını dəyişmişdilər.

Nadejdanın bu evində fransız müəllimin ruhu, azərbaycanlı uşaqların ruhu ilə “Şeytanın dərs aldığı insanlar” mövzusunda söhbət edirdilər. Fransız, böyrəkləri diri-diri çıxardılan beş yaşlı azərbaycanlı qıza baxıb, öz iki yaşlı, mavi gözlü qızını gözünün önünə gətirib, Allaha dua edirdi ki, özünü cəhənnəmə salmağa razıdır, ancaq qızı, Nadejdanın, Orantın və keçisaqqal erməni həkimin əlinə keçməsin. Bütün uşaqların gözü darvaza qapısında olardı. Onlar atalarını gözləyərdilər. Beş yaşlı böyrəksiz qız həmişə deyərdi ki, atama deyəcəm, bu Orantı öldürsün. Bir də uşaqların böyrəyini çıxartmasın. Ancaq axır vaxtlar uşaqlar heç danışmırdılar. Onlar küsmüşdülər. Gözləməkdən və itmiş orqanlarını axtarmaqdan yorulmuşdular. Fransız müəllim nə qədər etsə də, onları danışdıra bilmirdi. Nəhayət, beş yaşlı qız demişdi: “Biz hamıdan küsmüşük. Elə bil, heç kimin yadına düşmürük. Siz bilmirsiz, mənim böyrəklərimi nə vaxt qaytaracaqlar?”

Nadejdanın evində narahat və qırmızı körpə ruhlar gözləməkdən yorulub, küsərək künclərdə büzüşmüşdülər. Fransızın ruhu isə Avropa xarakterinə uyğun olaraq, bir-iki cəhddən sonra laqeydləşmiş, uşaqlardan ayrılaraq, qızıl güllərin yanında dolaşmaqda idi. Onun ruhu zatən yaranışdan laqeydlik və rahatlığına, doğmalarına aşiqlikdən yoğrulmuşdu.

Orant Harutunyan evə daxil olub, rahat nəfəs aldı. Başını yuxarı qaldırıb, əlini sinəsinin sağına, soluna, sonra isə alnına vuraraq xaç çəkdi. Ermənicə dilinin altında nəsə mızıldanaraq, planının baş tutduğu üçün dualar etdi. Belə etməyi Arsen Davudyan ona tövsiyə etmişdi. Orant planının birinci hissəsinin başa çatdığını düşünürdü. İndi burada Nadejdanı gözləyəcəkdi. Onun bu pulu Nadejda və Arsenlə bölmək fikri yox idi. Əvvəlcədən iki istiqamətə, Los-Ancelesə və Parisə aviabilet sifariş etmişdi. Ancaq işi hələ qurtarmamışdı. Bu pulla rahat yaşamaq üçün Nadejda və Arseni aradan götürməli idi. O bilirdi ki, harada olursa olsun, Arsen Davudyan digər yetişdirməsi və daha çox etibar etdiyi, hərtərəfli peşəkarlığı ilə seçilən, qəddar Tiqranı onun arxasınca göndərəcək. Düzdür, doqquz ay olardı ki, Tiqrandan bir xəbər yox idi.

Onun Arsenin tapşırığı ilə Azərbaycan tərəfə keçdiyi güman olunurdu. Orant onunla bir neçə dəfə əməliyyatlarda iştirak etsə də, dost ola bilməmişdi. Hərbçi ruhunda olan Tiqranın Orantın çox danışmağından və intizamsızlığından zəhləsi gedirdi. Orant bunu hiss edirdi və həmişə Tiqrandan qorxurdu. İndi bu qorxulardan əbədi can qurtarmaq, Markosun pullarını rahat xərcləmək üçün məsələni kökündən həll etməyi düşünürdü. Bu gün Nadejdanın işini bitirəcəkdi. Xaricə gedib, pullarının yerini rahatlayandan sonra İrəvana gedib, Arsenlə birdəfəlik vidalaşacaqdı. Arsen həyatda olmazsa, Tiqran heç vaxt onu tapa bilməyəcəkdi. Orant soyuducunu açdı. Bərk acmışdı. Nə isə yemək istəyirdi. Ancaq soyuducu boş idi. Hirslə soyuducunun qapısını bərk vurdu. Onun aclığa heç dözümü yox idi. Uzun illər keçdiyi təlimlərlə Arsen ona hər şeyi öyrətsə də, aclığa dözməyi öyrədə bilməmişdi. Genetik acgözlüklə fərdi xarakterindəki tamahkarlıq üst-üstə düşərək, onun ruhunu doymayan qurd kimi öz bağırsağına salmışdı. Səbirsizliklə Nadejdanı gözləməyə başladı. Pəncərədən bayıra baxdı. Yenə qar yağmağa başlamışdı. Haradansa uşaq ağlamağına oxşar səs gəldi. Orant yerindən dik atıldı. Diqqətlə qulaq asmağa başladı. Bu səslər ona tanış idi. Yuxularının qəniminə çevrilən uşaq səslərini Orant yaxşı xatırlayırdı. Uşaq səsləri, ağlamaqları və gülməkləri dünyanın hər yerində oxşar idi. Bu da bütün insanların eyni növə aid olduğuna bir dəlil idi. Həm də sübut idi ki, paklıq və məsumluq vahid təbiətə malikdir. İnsan böyüdükcə, çirkləndikcə səslər dəyişməyə, fərqlənməyə başlayırdı.

Deməli, həqiqət və paklıq vahid təbiətə, yalan və günahlar isə çoxluqlar mahiyyətinə malik idi. Oranta tanış gələn bu uşaq səsləri, hər dəfə onun yuxusuna girən Qarabağdan, Xocalıdan olan uşaqlar idi. Ağlaşaraq, hərəsi bir orqanını istəyirdi. İçlərində beş yaşlı bir qız uşağı vardı. Orant onun iki böyrəyini çıxartdıraraq çox baha qiymətə satmış, yeganə qızı, İngiltərədə universitetdə oxuyan Sonya üçün bahalı avtomobil almışdı. Bu beş yaşlı qız heç vaxt ağlamırdı. Qəribə idi ki, o heç qorxmurdu. Küncdə dayanıb qəzəblə baxır, hədələyici tonda barmağını silkələyirdi. Barmağını silkələdikcə böyüyürdü. Böyüdükcə kişiləşirdi. Orant bu kişini də yaxşı tanıyırdı. Elə bu qızın atası idi. Qızı onun əlindən almaq olmurdu. Üç yekəpər erməni neçə gündü ac qalan bu insanın əlindən qızını ala bilmirdi. Onun qolları, sanki, dəmir məngənə kimi uşağı tutmuşdu. Uşağın fəryadına, ürəyi partlayacaq həddə qədər qışqırmasına, ermənilərin gülüşlərinə, söyüşlərinə rəğmən, tükünü belə tərpətməyən, səssiz, buz baxışlı bu şəxs, elə bil, insan hisslərindən məhrum idi. Onun bu cür dəyanəti və baş-gözünə dəyən yumruq, təpik zərbələri qarşısında vüqarlı baxışları qızına da keçmişdi. Uşağı vermək istəməyən ataya yaxınlaşan Orant, əlindəki iynəni onun boynuna sancmışdı.

Özünə gələndə erməni zabitlərin əhatəsində olduğunu qızının isə yanında olmadığını görən ata, içində hönkürtü ilə ağlamışdı. Ancaq soyuqqanlı sima, buz baxışlar dəyişməmişdi. Ona verilən bütün suallara lal cavablar vermişdi. Onun bütün işgəncələrə rəğmən, səsini çıxarmaması kresloda oturan generalı belə heyrətə salmışdı. O yerindən qalxıb, iki nəfər tərəfindən qolları burularaq geri aparılan, şiddətli ağrılardan rəngi saralan bu insanın gözlərinin içinə diqqətlə baxmışdı. Sonra isə masanın üzərində olan, əzilmiş Azərbaycan bayrağını əlinə götürüb, ona baxa-baxa demişdi: “Bu bayrağı sizin qədər biz də sevirik. Çünki Xocalını bizə verdi. Qarabağı bizə əbədi qaytaracaq. Bu bayraq Şuşanı sevmədi. Odur ki, biz onu sevirik. Sənin qızına toxunmayacağıq, ona yaxşı baxacağıq. Əvəzində sən bizim əsgərlərə bələdçilik edəcəksən. Bizim kəşfiyyatla öz tərəfinizə keçib, lazım olan işləri görəcəksən. Baxıram ki, sən cəsur, bacarıqlı, dözümlü insansan”. Bunu deyəndən sonra o, öz bayraqlarını da digər əlinə götürərək, bir az yuxarı qaldıraraq demişdi: “Bu bayrağa xidmət edəcəksən. Bu, zəfər bayrağıdır”.

Bu səhnəni müşahidə edən Orant, azərbaycanlının erməni generalına nə cavab verəcəyini maraqla gözləmişdi. Ehtimal etmişdi ki, ya qızını gözünün önünə gətirib razılaşacaq, ya da bəzi azərbaycanlı əsirlər kimi generalın üzünə tüpürəcək... Azərbaycanlı dəli kimi qəhqəhə çəkib gülmüşdü. Onun gülüşündəki əzəmətə, enerjiyə, ironiyaya hər kəs, hətta general da təəccüblənmişdi. General bayraqlar əlində donub qalmış, pərt olmuşdu. Nəhayət, adam danışmağa başlamışdı. Gur, qılınc cingiltisinə, pələng nəriltisinə oxşar səslə demişdi: “Əsir götürdüyünüz, əzab verdiyiniz bütün uşaqlar mənimdir! Mən Azərbaycanam. Bu bayraq mənəm! Mən Şuşayam, Qarabağam, Naxçıvanam, Təbrizəm, İrəvanam – bütöv Azərbaycanam! Bu bayraq mənəm! Siz isə ağ ayıların, qara çaqqal dostlarısız! Çaqqalların təbiətdə öz sərhədləri olmur. Özünüzü isə aldatmayın, fahişə tumanından bayraq olmaz, cənab general!” O bunları deyib, yenə qəhqəhə ilə gülməyə başlamışdı. Generalın tapancasından açılan atəşlər onun gülüşünü dayandıra bilməmişdi. Ölənə qədər gülmüşdü. General qızı da öldürmək istəyəndə Orantın pul təklifi onun pərt olmuş qürurunu bərpa etmişdi. Beləliklə, Orant generalla razılaşaraq, öldürülən atanın qızını və bir neçə başqa uşaq seçərək, İrəvana, oradan isə bu evə gətirmişdi.

Oranat Harutunyan əl-üzünü yudu. Stulda oturub bir siqaret yandırdı. Bir-iki qullab vurmuşdu ki, tıqqıltı səsi gəldi. Cəld ayağa qalxıb, tapançasını əlinə aldı. Ona elə gəldi ki, dəhlizdən kimsə keçdi. Otaqlara baxdı, həyətə çıxdı. Heç kim yox idi. Yenidən qayıdıb evə girdi. Özünü çox narahat hiss etməyə başladı. Bu insanda, elə bil, düşmənlərinin və təhlükənin yaxınlaşmasını bildirən güclü hiss etmə qabiliyyəti var idi. Nəhayət, darvazanın zəngi səsləndi. Orant Harutunyan silahını çəkib ehtiyatla qapıya tərəf getdi. Gözlükdən baxdı. Gələn Nadejda idi. Qapını açdı və Nadejda ilə evə daxil oldular.
– Markosun işini bitirə bildin? – Orant soruşdu.
Nadejda qaşqabaqlı halda cavab verdi:
– Pulun çoxu mənə çatacaq. İşin çətinini və təhlukəlisini mənə vermisən. Əgər birinci zərbəm boşa çıxsaydı, səs-küy çıxacaqdı. Ancaq mən dayanmadan zərbələr endirdim. Şöhrətpərəst köpək ölmək istəmirdi. Orant gülümsəyərək dedi:
– Doğrudur, çətin və riskli iş görmüsən.
Sonra o, Nadejdanı başdan-ayağa süzdü. Yaşı altmışı keçmiş, lakin fiziki cəhətdən çox sağlam görsənən bu insanın peşəkarlığına inanmaqda səhv etmədiyini düşündü. Nadejda kresloda əyləşib dedi:
– Vəssalam. Bu gündən belə işlərə son qoyuram. Bu pul ömrümün axırına qədər kef içində yaşamağıma bəs edər.
Orant bərkdən gülməyə başladı:
– Ehhh... Nadejda, özün inanırsan öz dediyinə? Vampirlər qansız yaşaya bilmirlər. Söhbət təkcə puldan getmir. Bizi həm də yaşadan, bu cür işlərin gedişində aldığımız zövqdür. Məsələn, sən, Markosun ölüm səhnəsindən aldığın zövqü heç nədən ala bilməzsən.
– Xeyr! Pulu iki yerə bölürük, sən çıxıb gedirsən. Ümid edirəm ki, biz bir daha görüşməyəcəyik.
– Pulu iki yerə bölməkdənsə, səni iki yerə bölmək daha asandır, – Orant qəhqəhə çəkdi. – Düz deyirsən ki, biz bir də görüşməyəcəyik. Orant bunu deyib Nadejdanın üzərinə atıldı. Boğazından iki əlli yapışıb, onu boğmağa başladı. Nadejda onun üz-gözünü cırmaqlayır, var gücü
ilə əlindən çıxmağa çalışırdı. Ancaq ömrünü idmanla, öldürməklə keçirən bu hiyləgər gözlü Əzrailinə müqavimət göstərə bilmirdi. Onun qolları boşalır, rəngi isə qaralırdı. Orant Nadejdanı boğa-boğa dedi:

– Niyə narazısan? Səni sevgilinin yanına... Ancaq sözünü tamamlaya bilmədi. Boynunun dalına dəyən güclü zərbədən gözləri qaraldı, əlləri boşaldı. Nadejda fürsəti boşa verməyərək, özünü kreslodan kənara ataraq döşəməyə yıxıldı. Çobanın ikinci zərbəsi Orant Harutunyanın ağzının üstündən dəydi. Onun üz-gözü qana bulaşdı. Ancaq yenə də müvazinətini itirmədi. Əlini tapancasına atmaq istədi. Çoban ona imkan verməyərək cəld qolundan yapışdı və fırladıb öz çiyninin üstündən gətirərək, var gücü ilə aşağı çəkib, qırdı. Ölümün pəncəsindən qurtaran Nadejda döşəmədən qalxmadan, Valeri isə qıraqda sakit dayanıb onlara tamaşa edirdilər. Çoban Valeridən xahiş etmişdi ki, Orantı özü döyəcək. O, bu işə qarışmasın. Odur ki, Valeri hər ehtimala qarşı, hazır vəziyyətdə dayansa da, müdaxilə etmirdi.

Yerə yıxılmış Orant Harutunyanın başına hər dəfə Çoban Zalovun ayaq zərbəsi dəydikcə gözləri önünə Xocalıdan olan uşaqların qorxudan evin künclərinə sıxılıb, büzüşmüş görünüşləri gəlirdi. Uşaqlar künclərdən çıxır, əl-ələ verib, onun ətrafında fırlanırdılar. Heç nə demirdilər. Ancaq gülürdülər. Hərdən onu acıdırmış kimi dil uzadırdılar. Beş yaşlı qız isə qıraqda dayanıb, yenə hirslə baxırdı. Oranta elə gəlirdi ki, uşaq böyrəklərini istəyir. Bu zaman sağ böyründən dəyən təpik zərbəsindən huşunu itirdi. Generalın güllələdiyi azərbaycanlını gördü. Solmuş, rəngləri bir-birinə qarışmış erməni bayrağını barmağında fırlada-fırlada, pələng kimi nərildəyib deyirdi: “Bunun formasına yaxşı bax! Görürsən? Bayraqdan çox nəyə oxşayır? Mən sizə deyirdim axı özünüzü aldatmayın”.

Onun ətrafında isə bir dəstə uşaq dövrə vurub, azərbaycanlını əl çalıb alqışlayır, əlindəkinə nifrətlə baxıb, istehza ilə gülürdülər. Orant Harutunyan bu uşaqları da tanıdı. Bunlar onun “xüsusi nəvaziş və ağrısız” metodla orqanlarını çıxartdığı səfil erməni uşaqları idi.
Üzünə çırpılan sudan özünə gələn Orant, gözlərini açmaq istədi. Lakin heç nə görə bilmədi. Ancaq qırmızı boşluq hiss etdi. Bir də onu hiss edə bildi ki, iki əl çarpaz şəkildə çənəsindən və başından yapışdı. Valeri Mərdanoviç sonuncu hərəkəti gözləmirdi. O düşünürdü ki, Orant Harutunyandan çox şey öyrənmək olar. Ancaq gec idi. Al-qan içində, boynu qırılmış Orant onlara heç nə deməyəcəkdi.

Nadejda, bir az əvvəl Əzraili olan Orantı öldürən Çoban Zalova maraq və vahimə ilə baxırdı. Bir anlıq onu sevgilisi fransızla müqayisə etdi. Düşündü ki, bu insanı qoyub, fransızı sevmək olmazdı. Sonra, elə bil, ayıldı. İstədi qışqırsın, Valeri cəld əli ilə onun ağzını tutdu. Çoban Zalov Nadejdaya dedi:

– İstəmirsənsə səni də belə öldürüm, bu köpəklə azərbaycanlı uşaqların başına nə iş gətirmisiz danış! Ancaq xəbərdar edirəm, yalnış hərəkət və yalan danışmağınızın aqibəti dostunuz kimi olacaq.

Nadejda bütün olanları danışdı. Heyrətə gələn və əsəbiləşən Valeri Mərdanoviç, onu boğmağa başladı. Çoban imkan verməyərək dedi: – Mən ona söz verdim. Öldürməyəcəyik. Həm də Tatyana Aleksandrovna məndən xahiş edib ki, bu “nəcib” xanımı qonaq görmək istəyir. Nadejda Tatyananın adını eşidəndə heyrət və qorxudan az qaldı ürəy partlasın...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ