Sən ayağı sayalısan...- Bayram təbriki

Tarix:31-12-2017, 15:03 Baxış Sayı:221

Sən ayağı sayalısan...- Bayram təbriki
Manera.az İlham Qəhrəmanın "BAYRAM TƏBRİKİ " essesini təqdim edir:

İş belə gətirdi ki, mən sənə yoluxdum, sənə tutuldum, lap xəstəlik kimi. Bunu ona görə yazmıram ki, sənin müəyyən məqamlarda mənə laqeyd münasibətin olub və sən bu münasibəti dəyişəsən. Qətiyyən! Sadəcə sənin mənim həyatımdakı statusunu, bu yazını bayram günündə niyə yazdığımı bilməyini istəyirəm.

Çoxdan içimin odlu-alovlu sevgi yeri məndən asılı olmayan səbəblərdən dincə qoyulubmuş. Mən bundan tam xəbərsiz olmuşam. Bunu traktorlar çıxandan sonra əkin yerlərinin kənarında pas tutan xışla müqaisə etmək olar. Amma, birdən içim ləngərləndi. Müvazinətimi itirən kimi oldum. Elə bil kor adama qəfil sillə dəymişdi. Bu yaşda özümü saxlamağa, yıxılmamağa çalışırdım. Buna nə qədər nail olduğumu özüm bilmirəm.

Bildiyim odur ki, fəsillər dəyişdikcə günün, yağışın altında pas tutan o xış indi par-par parıldayır. Amma, birdən bizə ayan oldu ki, biz heç vaxt qovuşa bilmərik. Sanki bizə tərəf qədəmləyən xoşbəxtlik gəlib-gəlib darvazanın ağzında yıxılır və heç vaxt o darvazadan içəri keçə bilməyəcək. Demək belə çıxır ki, bu sevgi bu qədər illərdən sonra dinclikdə olan iki qəlbə iztirab gətirmək üçündür.

Bu məqamda dərhal ardından bunu da deyim ki, sevgi ilə bağlı olan bütün hisslər, o cümlədən iztirab və əzablar da mənə xoşdur. Bunun niyə belə olduğunu sənə adi dillə belə izah edə bilərəm – bir var elementlə işləyən radio bağlı qala və elementi qurtara, bir də var ona qulaq asasan və bu zaman element bitə. Ümid edirəm ki, sevgidən gələn bütün hisslərin, o cümlədən əzabın belə, mənə niyə xoş olduğunu bu müqaisədə sənə çatdıra bildim.

Sən ayağı sayalısan. Ən azından şair həyatımda baş verən dönüş – sənə ünvanlı yeni sevgi şeirləri yazmağım bunun sübutudur. Allaha ibadətimə görə də səni xatırlamağa borcluyam. Məni içimdəki sevgi yerinə bir daha qaytardığın üçün yəqin mükafatını Uca yaradan verəcək. Çünki sevgilərin sahibi Odur. Son günlər belə qənaətə gəlmişəm ki, sevgidə bədbəxtlik yox, ancaq xoşbəxtlik ola bilər! O hissin ki, adı sevgidir, hansı taleni imzalamasından asılı olmayaraq o ancaq alqışa layiqdir!

Əzizim, bu bayram günündə səni bağrıma basıram, öpürəm! Səni səndən qazandığım sevgimlə təbrik edirəm! Harda olmağımızdan asılı olmayaraq bu sevgi bizimlə olsun! Şəxsən mənə qibləsi sən olan hisslərlə bir yerdə çox xoşdur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ